Accessibility links

Human Rights Watch Azərbaycan hakimiyyətini N!DA-çıları həbsdən azad etməyə çağırır


Human Rights Watch
Human Rights Watch

Qurum hesab edir ki, hakimiyyət etiraz edən gəncləri susmağa məcbur etməklə digər fəalları qorxutmağa çalışır

Human Rights Watch beynəlxalq hüquq müdafiə təşkilatı 10 mart aksiyasında iştiraka görə N!DA təşkilatının fəallarının həbsini pisləyib.

Təşkilatın bəyanatında deyilir ki, aksiyadan sonra həbs olunan N!DA-çıların sayı 7 nəfərə çatıb. Saxlanılanlar Facebook və Twitter istifadəçiləridir.

Təşkilatın Avrasiya üzrə nümayəndəsi Reyçel Denber bildirib ki, hakimiyyət etiraz edən gəncləri susmağa məcbur etməklə digər fəalları da qorxutmağa cəhd göstərir.

HRW qeyd edir ki, hakimiyyət bundan əvvəl də gənclərin üzərinə narkotik maddələr qoymaqla, ittihamları saxtalaşdırmaqla onları qorxutmağa cəhd göstərib.

Saxlanmış N!DA üzvlərindən bəzisi Facebook-da “Heydər Əliyev” səhifəsini idarə edirlər. Həmin səhifədə hakimiyyətə qarşı tənqidi materiallar, karikaturalar yer alır.

Human Rights Watch qeyd edir ki, N!DA üzvləri saxlanılarkən onların müdafiə hüquqları pozulub.

Human Rights Watch Azərbaycan hakimiyyətini yeddi fəalı azad etməyə, onlara qarşı ittihamları ləğv etməyə çağırır.
XS
SM
MD
LG