Accessibility links

İndoneziya məktəblərində hər səlahiyyətli şəxs öz rüşvət payını alır - birinci hissə (audio)

  • Amerikanın səsi

İndoneziya məktəblərində hər səlahiyyətli şəxs öz rüşvət payını alır - birinci hissə (audio)

İndoneziya məktəblərində hər səlahiyyətli şəxs öz rüşvət payını alır - birinci hissə (audio)

Məktəb artıq dövlət tərəfindən ödənilmiş xidmətlər üçün bir daha valideyinlərdən pul toplayır

İndoneziyalılar korrupsiyadan o qədər təngə gəliblər ki, artıq problemi özləri həll etməyə qərar veriblər. Qalmaqallı proseslərdən birində müstəqil bir qrup korrupsiyada ittiham edildikdən sonra ölkədən qaçan görkəmli siyasətçi Məhəmməd Nazaruddinin həbsə alınması üçün hər hansı məlumata görə 17000 dollar təklif edir.

Vidi Viramotko korrupsiyadan cana doymuş qadınlardan biridir. Üç uşaq anası uşaqlarının getdikləri məktəbin nə dərəcədə qanunsuz işlərlə məşğul olduğunu sübut edən xeyli sənəd toplayıb. Sənədlərdə deyilir ki, məktəb artıq dövlət tərəfindən ödənilmiş xidmətlər üçün bir daha valideynlərdən pul toplayır. Vidi bu sənədləri məktəb komitəsində valideyn nümayəndəsi vəzifəsində işləyərkən əldə etdiyini deyir.

İndoneziya məktəblərində hər səlahiyyətli şəxs öz rüşvət payını alır - birinci hissə (audio)

İndoneziya məktəblərində hər səlahiyyətli şəxs öz rüşvət payını alır - birinci hissə (audio)

Vidi və onlarla başqa valideyn məktəbdə baş verən bu qanunsuzluq halını məhkəmə qarşısına çıxarmaq üçün bir araya gəliblər. Ölkədə rüşvətxorluğu hədəf alan aparıcı müstəqil təşkilat olan İndoneziya Korrupsiya ilə Mübarizə təşkilatı (İKM) valideynlərə bu prosesdə yardım edir.

Ade Viravan İKM təşkilatında məktəbdə korrupsiya hallarını tədqiq edən elmi əməkdaşdır.

Ade Viravan: `İndoneziyada korrupsiya virusuna yoluxmayan məktəb tapmaq çox çətindir. Mənimlə əlaqə saxlayan bir məktəb direktoru ölkədə korrupsiya halları olmayan bir məktəb belə olmadığını deyib.`

Ade Viravanın məktəbdə korrupsiyaya dair son hesabatında deyilir ki, təhsil sistemində rüşvət hallarının səviyyəsi imtahanda qiymət almaq üçün tələbələrin müəllimlərə rüşvət verməsi hallarını ötüb.

İndoneziya məktəblərində hər səlahiyyətli şəxs öz rüşvət payını alır - birinci hissə (audio)

İndoneziya məktəblərində hər səlahiyyətli şəxs öz rüşvət payını alır - birinci hissə (audio)

Ade Viravan: `Korrupsiya fərqli formalar alıb. Bu formalar valideynləri qarət etməkdən ibarətdir. Məsələn, pul verməyən valideyinin övladı attestat almayacaq.`

Ade deyir ki, məktəbdə hər bir səlahiyyətli şəxs öz rüşvət payını alır. Professorlar imtahan vaxtı tələbələrə imtahanın cavablarını pıçıldamaq üçün onlardan “hədiyyə” alır. Məktəbin müdriyyəti Təhsil Nazirliyi tərəfindən artıq ödənmiş xidmət haqqını yenidən valideynlərdən tələb edir. Bundan başqa məktəblər məktəb ləvazımatı və xidmət növlərinin xərclərini iki, hətta üç dəfə şişirdir.

XS
SM
MD
LG