Accessibility links

İndoneziya məktəblərində hər səlahiyyətli şəxs öz rüşvət payını alır - ikinci hissə (audio)

  • Amerikanın səsi

İndoneziya məktəblərində hər səlahiyyətli şəxs öz rüşvət payını alır - ikinci hissə (audio)

İndoneziya məktəblərində hər səlahiyyətli şəxs öz rüşvət payını alır - ikinci hissə (audio)

İndoneziyada siyasətçilərin korrupsiyanı aradan qaldıracaqları barədə davamlı vədlərinə baxmayaraq bir çox indoneziyalı korrupsiyanın ölkənin birnömrəli problemi olaraq qaldığını deyirlər.

Ade Viravan Korrupsiya ilə Mübarizə təşkilatı təşkilatında məktəbdə korrupsiya hallarını tədqiq edən elmi əməkdaşdır. Ade deyir ki, bəzi hallarda rüşvət yaşamağın zəruri üsuludur. Ona görə ki, sistem insanları qanunsuz ödənişlərə vadar edir.

Ade Viravan: `Məktəblərin dövlət orqanlarının qurbanları olduğunu müəyyən etmişik. Bəzi hallarda bu proses könüllü şəkildə baş verir. Məsələn bəzən məktəb müdiriyyəti vəzifələrində qalmaq üçün və ya uzaq bölgələrə göndərilməmək üçün pul ödəyirlər. Başqa hallarda isə pul ödəmək istəməyən məktəblərə təzyiq göstərilir. Məsələn sinif otağını təmir etmək istəyirsənsə pul verməlisən.`

İndoneziya məktəblərində hər səlahiyyətli şəxs öz rüşvət payını alır - ikinci hissə (audio)

İndoneziya məktəblərində hər səlahiyyətli şəxs öz rüşvət payını alır - ikinci hissə (audio)

İndoneziya prezidenti Yudhoyonoun 2009-cu il seçkilərində bir daha qələbə çalmasının başlıca səbəblərindən biri təhsilə diqqət artırılacağı vədləri idi. Lakin valideyinlər hökumətin iddialı vədlərinə baxmayaraq, təhsilə ayrılan vəsaitin nəzərdə tutulmuş məqsədlər üçün istifadə olunmadığını deyirlər. Ade Viravan deyir ki, təhsil xərcləri üçün nəzərdə tutulan pulların 40-50 faizi əvvəldən yoxa çıxır. Əslində bu, ölkəyə böyük zərbədir. Dünya Bankının bildirdiyinə görə, İndoneziyada savadlı işçi qüvvəsinin qıtlığı ölkənin iqtisadi inkişafına ən böyük maneədir.

Analitiklər deyir ki, hökumət elə bir sistem yaratmalıdır ki, valideyinlər qanunsuz ödənişlərdən imtina edə bilsin və məktəblər görməmiş dövlət orqanlarına yox deyə bilsinlər.

XS
SM
MD
LG