Accessibility links

İndoneziyada baş verən zəlzələ və sunami nəticəsində 343 nəfər həlak olub


İndoneziyada baş verən zəlzələ və sunami nəticəsində 343 nəfər həlak olub

İndoneziyada baş verən zəlzələ və sunami nəticəsində 343 nəfər həlak olub

Pis hava şəraiti dünənə qədər xilasetmə dəstələrinin əraziyə yetişməsi və yardımın çatdırılmasına maneə törədib

İndoneziya prezidenti Susilo Bambanq Yudhoyononun bu həftə Sumatrada baş verən zəlzələ və sunami nəticəsində zərər çəkən əraziyə səfəri gözlənilir. Hadisə nəticəsində 343 nəfər həlak olub və ölənlərin sayının artacağı gözlənilir. Xilasetmə dəstələr Sumatranın qərb sahilində uzaq Mentavay adalarında sunamidən xilas olanlara ərzaq, çadır və geyim çatdırır. Fövqəladə hallar üzrə rəsmilər bildirib ki, Mentavay adalarındakı çimərliklərdə çoxlu cəsəd aşkar edilməkdədir. Xilasetmə dəstələri bazar ertəsi üç metr hündürlüyü olan sunaminin bütün kəndləri yuyub apardığından bəri itkin düşmüş azı 338 nəfəri axtarır. İndoneziyanın başqa hissəsində 33 nəfərin ölümü və 40 000 insanı evlərindən köçməyə vadar edən vulkan bu gün yenidən püskürməyə başlayaraq qaynar qaz və közü kəndlərə yayıb. Avropa İttifaqı İndoneziyada sonuncu təbii fəlakətdən zərər çəkənlərə iki milyon dollar dəyərində yardım edəcəyini vəd edib.

XS
SM
MD
LG