Accessibility links

İndoneziyada terror şübhəlilərindən birinin məhkəməsi başlayıb


İndoneziyada terror şübhəlilərindən birinin məhkəməsi başlayıb
İndoneziyada terror şübhəlilərindən birinin məhkəməsi başlayıb

İndoneziyanın tanınmış terror şübhəlilərindən birinin məhkəməsi başlayıb. Onun üzv olduğu qrup qərbi Açeh vilayətində militantlar üçün düşərgə qurmaqda ittiham edilir. 32 yaşlı Abdullah Sunatanın məhkəməsinin açılışında prokurorlar müttəhimə ölüm hökmü verilməsini istəyiblər. İttihamçılar deyirlər ki, Sunata terror qrupu üçün minlərlə dollar həcmində silahlar alıb və 2002-ci ildə Bali gecə klubunda partlayış təşkil etmiş Dulmatinlə görüşüb. Dulmatin mart ayında polislərlə atışma zamanı öldürülmüşdü.

Sunata polislərin “Açehdə Əl Qaida” adlı qrupu aşkar etdikdən sonra öldürülən və ya həbs edilən 80 şübhəlidən biridir.

XS
SM
MD
LG