Accessibility links

İndoneziyanın mərkəzində dünən gecəyarı vulkan püskürməsi nəticəsində havaya kül, daşlar və tüstü qalxıb.

Ancaq ekspertlər deyir ki, püskürmə dağlıq ərazilərdə yaşayan insanlara təhlükə yaratmır. Bu ərazidə vulkan barədə həftənin əvvəlindən xəbərdarlıq edilir. Tüstü və kül səbəbilə yaxın kəndlərdən insanlar evakuasiya edilib. Bu vaxtadək 28 min insandan 2 min 500-ü ərazini tərk edib. Mount Lukon İndoneziyada ən aktiv vulkanlardan biridir. 1991-cü ildə püskürən bu vulkan isveçrəli alpinistin həyatına son qoymuşdu.

XS
SM
MD
LG