Accessibility links

Necati Şaşmaz Elçibəy rolunu ifa etmək istəyir


Necati Şaşmaz Elçibəy rolunu ifa etmək istəyir

Necati Şaşmaz Elçibəy rolunu ifa etmək istəyir

Aktyor deyib ki, Elçibəyi çox sevir və Elçibəy rolunu oynamaq istəyir

“Qurdlar Vadisi” teleserialının baş rolunu ifa edən Necati Şaşmaz gələcəkdə çəkiləcək filmlərdə Elçibəy rolunu oynamaq istədiyini bildirib. Bu barədə Necati Şaşmazın özü yazete.com saytına bildirib.
“Hazırda istirahət edirəm. Azərbaycanla bağlı kitablar oxuyuram. Açığı deyim ki, Elçibəyi çox sevirəm və Elçibəy rolunu oynamaq istəyirəm”, - deyə o qeyd edib.
Cənab Şaşbaz Xocalı soyqırımı ilə bağlı film çəkiləcəyi barədə fikirlərin olduğunu da deyib.
“Qurdlar Vadisi-Pusu” teleserialında israilli rolunun ifaçısı Alişan Çinar isə Turanın müxbirinə bildirib ki, “Qurdlar Vadisi-Pusu”nun çəkilişləri başa çatdıqdan sonra Xocalı ilə bağlı serialın çəkilişləri başlanacaq.

XS
SM
MD
LG