Accessibility links

Baş Qərargah rəisi cəbhə bölgəsinə səfər edib


Müdafiə naziri Zakir Həsənov və Baş Qərargah rəsisi Nəciməddin Sadıqov
Müdafiə naziri Zakir Həsənov və Baş Qərargah rəsisi Nəciməddin Sadıqov

Səfərin məqsədi təmas xəttində yerləşən bölmələrin döyüş qabiliyyətini yoxlamaqdır

Azərbaycan Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi Nəciməddin Sadıkov cəbhə bölgəsində səfərdədir.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə səfərin məqsədi təmas xəttində yerləşən bölmələrin döyüş qabiliyyətinin, müdafiənin dayanıqlığının, maddi-texniki və digər təminat növləri, silah-sursat, hərbi texnika ilə təchizatının, şəxsi heyətin mənəvi-psixoloji vəziyyətinin, nizam-intizamın və sosial şəraitinin yoxlanılmasıdır.

Xatırladaq ki son günlər cəbhədə atışmalar yenidən çoxalıb. Cəbhənin Ermənistanla sərhəddəki Tovuz rayonu sahəsində iki mülki şəxs yaralanıb, yerli sakinlərin evləri və avtomobilləri atəşə tutulub.
XS
SM
MD
LG