Accessibility links

Nəcmin Kamil: "Hakimiyyət öz imicini düşünürsə, dərhal atamı azad etməlidir" [Müsahibə]


İntiqam Əliyev mükafata layiq görüldü (Foto Nəcmil Kamilə məxsusdur)

İntiqam Əliyev mükafata layiq görüldü (Foto Nəcmil Kamilə məxsusdur)

Vyanada Ali insan haqları mükafatına layiq görülən İntiqam Əliyevin oğlu Amerikanın Səsinə müsahibə verib

Azərbaycanda həbsdə olan hüquq müdafiəçisi İntiqam Əliyevə Avropa Vəkillər Kollegiyası və Hüquq Cəmiyyətləri Şurasının Ali insan haqları mükafatı verilib. Bunu Amerikanın Səsinə İntiqam Əliyevin oğlu Nəcmin Kamil təsdiq edib. Bu gün Vyanada təşkilatın illik hesabat toplantısında mükafatı qəbul edən hüquqşünasın oğlu Nəcmin Kamil tədbirdən sonra Amerikanın Səsinə müsahibə verib. Müsahibəni təqdim edirik:

Amerikanın Səsi: Nəcmin bəy, İntiqam Əliyevin aldığı mükafat barədə izləyicilərimizə məlumat vermənizi xahiş edirik.

İntiqam Əliyev mükafata layiq görüldü (Foto Nəcmil Kamilə məxsusdur)

İntiqam Əliyev mükafata layiq görüldü (Foto Nəcmil Kamilə məxsusdur)

Nəcmin Kamil: Mükafat Avropanın ən köklü vəkillər təşkilatı olan "Avropa Vəkillər Kollegiyaları və Hüquq Cəmiyyətləri Birliyi" təşkilatının hər il hüquq müdafiəçisi və vəkillərə verdiyi mükafatdır. Bu il hüquq müdafiəçiliyi sahəsində cəsarətli fəaliyyətinə görə İntiqam Əliyev təltif olundu. Təəssüf ki, hamımıza məlum olan səbəblərdən, özü layiq olduğu bu mükafatı qəbul edə bilmədi. Mükafatlandırma mərasimi Vyana şəhərində baş tutdu.

Amerikanın Səsi: Mükafata başqa namizədlər var idi? Bu mükafat İntiqam bəyin tezliklə azadlığa buraxılmasına hansısa təsir göstərə bilərmi?

Hökümət artıq anlamalıdır ki, bu insanları həbsdə saxlamaq heç öz maraqlarına da uyğun deyil. Bu atamın həbsindən sonra üçüncü belə mükafatdır. Həbsdə olduğu müddətdə fəaliyyətinə görə təhdidlərlə üzləşdiyi müddətcə belə təşəbbüslər davam edəcək. Hakimiyyət öz imici haqqında düşünürsə, dərhal atamı və digər siyasi məhbusları azad etməlidir.

Nəcmin Kamil: Atamın bu mükafata namizədliyi bir neçə nüfuzlu hüquq müdafiə təşkilatları, müxtəlif ölkələrin Vəkillər Kollegiyaları tərəfindən irəli sürülmüşdü. Xüsusilə də, onun əməkdaşlıq etdiyi Paris Vəkillər Kollegiyasının bu mükafatın ona layiq görülməsində böyük rolu var. O ki qaldı azadlığı ilə bağlı məsələyə, hökümət artıq anlamalıdır ki, bu insanları həbsdə saxlamaq heç öz maraqlarına da uyğun deyil. Bu atamın həbsindən sonra üçüncü belə mükafatdır. Həbsdə olduğu müddətdə fəaliyyətinə görə təhdidlərlə üzləşdiyi müddətcə belə təşəbbüslər davam edəcək. Hakimiyyət öz imici haqqında düşünürsə, dərhal atamı və digər siyasi məhbusları azad etməlidir.

Amerikanın Səsi: İntiqam bəyə mükafat alması barədə məlumat çatıbmı? Bundan xəbəri varmı?

Nəcmin Kamil: Mükafat 2 ay öncə Brüsseldə təqdim edilməli idi, ancaq Paris hadisələrindən sonra terror təhlükəsi səbəbindən təxirə salındı. Atam mükafatdan xəbərdardır və mərasimə həbsxanadan öz məktubunu da göndərmişdi. Məktubda o qeyd edib ki, o bu mükafatı yalnız özünün yox, çətin şəraitdə fəaliyyət göstərən digər vəkillərin və siyasi məhbusların adından qəbul edir.

Amerikanın Səsi: Atanızın səhhəti necədi?

Nəcmin Kamil: Səhhəti ilə bağlı bir dəyişiklik yoxdur. Ciddi müalicəyə ehtiyacı hələ də qalır. Bu həbsxana şəraitində mümkün deyil. Açığı o səhhəti barədə bizə də şikayət eləmir. Ancaq hər dəfə həbsxnaya yanına gedəndə, vəziyyətinin daha da pisləşdiyi açıq hiss olunur. Amma təbii ki, möhkəmliyini qoruyub saxlayır.

İntiqam Əliyev mükafata layiq görüldü (Foto Nəcmil Kamilə məxsusdur)

İntiqam Əliyev mükafata layiq görüldü (Foto Nəcmil Kamilə məxsusdur)

Amerikanın Səsi: Beynəlxalq ictimaiyyətin atanızın həbsinə reaksiyasından razısınızmı? Ümumiyyətlə əhval-ruhiyyəniz necədir?

Nəcmin Kamil: Beynəlxalq ictimaiyyətinin Azərbaycanda baş verənlərə münasibətindən razı deyiləm. Onlar etinasız deyillər, ancaq indiyə qədər ölkədə baş verənləri dayandırmaq üçün heç bir ciddi addım atılmayıb. Ümid eləyirəm, vəziyyətin getdikcə pisləşdiyi nəzərə alınaraq, belə addımlar yaxın müddətdə atılacaq. Biz hər zaman əhval-ruhiyyəmizi yüksək tutmağa və pozitiv qalmağa çalışırıq. Atam dözümlüdür və bütün bunların öhdəsindən gələcək. Bizim üçün önəmli olan da budur.

  • 16x9 Image

    Emil Quliyev

    Amerikanın Səsində 2007-ci ildən fəaliyyət göstərir. "Amerikana" proqramının təsisçisi və aparıcısı, "Amerika İcmalı" həftəlik televiziya proqramının baş prodüseridir.  Çoxsaylı siyasi, sosial və analitik müsahibə və reportajların müəllifidir.

XS
SM
MD
LG