Accessibility links

Nəfəs LGBT Azərbaycan Alyansı: Diskriminasiyaya məruz qalırıq


Nəfəs LGBT Azərbaycan Alyansı Daxili İşlər Nazirliyinə müraciət ediblər
Nəfəs LGBT Azərbaycan Alyansı Daxili İşlər Nazirliyinə müraciət ediblər

Alyans Daxili İşlər Nazirliyinə müraciət edib. "İinsanların cinsi ayrıseçkiliyə məruz qalması və şəxsi həyatına görə təqib edilməsi yolverilməzdir"

Nəfəs LGBT Azərbaycan Alyansı qarşılaşdıqları ayrıseçkilik (diskriminasiya) ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət ediblər.

Alyans müraciətində son 10 gündə 2 nifrət cinayətinin baş verdiyi vurğulayıb.
Qeyd olunub ki, onlardan biri 19 yaşlı gənc uzun müddət ailəsinin və ətrafındakı insanların diskriminasiyasına dözməyərək özünü öldürüb.

Alyansın nazirliyə ünvanladığı müraciətdə bildirilir ki, digər gəncin 17 yaşı var.
Qardaşının dostu tərəfindən aldadılaraq görüşə çağırılan həmin gənc 8 nəfərin zorakılığına məruz qalıb.

Həmin şəxslər hadisəni video lentə çəkərək pul istəməklə onu şantaj ediblər. İstənilən məbləği verə bilmədiyi üçün valideynlərinə onun gey olduğunu bildiriblər.
Valideynləri tərəfindən döyülən həmin gəncdən indiyə qədər heç bir xəbər yoxdur.

Məlumatda 2013-cü ilin dekabrında Alyans rəhbəri Cavid (Atilla) Nəbiyev dəfələrlə Sumqayıt şəhər polis idarəsinə müraciət edərək, təhlükəsizliyinin təmin edilməsi və təhdid edənlər barədə araşdırma aparılmasını xahiş etsə də, bunun müsbət nəticəsi olmayıb.

Alyans hesab edir ki, insanların cinsi ayrıseçkiliyə məruz qalması və şəxsi həyatına görə təqib edilməsi, hədə-qorxu gəlinməsi yolverilməzdir.

“Bu səbəbdən, Sizə müraciət edirik ki, yaranmış vəziyyətin araşdırılması, xuliqanlıqla məşğul olan qrupların müəyyənləşdirilməsi və qanunvericilikdə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb edilməsi, hüquq-mühafizə orqanlarının qanunda nəzərdə tutulmuş formada bizimlə əməkdaşlıq etmələri üçün göstəriş verəsiniz”, deyə alyansın müraciətində deyilir

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG