Accessibility links

Neft Akademiyasının tələbələrinin xatirəsini anmağa imkan verilməyib


2009-cu il aprelin 30-da 12 nəfər öldürülüb, 13 nəfər yaralanıb

Bu gün gənclər təşkilatlarının fəalları 2009-cu il aprelin 30-da Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) terror qurbanı olmuş gənclərin xatirəsini yad etməyə cəhd edib. Polis əllərində gül dəstəsi tutmuş gənclərin terror qurbanlarının qətlə yetirildiyi ADNA-nın binasına yaxın buraxmayıb. Polislə qarşıdurma nəticəsində bir neçə gənc saxlanıb.

Bununla yanaşı, ADNA-nın terror aktı həyata keşirilmiş binanın qapıları bağlıdır. Çünki, binanın giriş qapısında təmir işləri aparılır. Əslində, orada bir neçə işçi söhbət edirdi. Yalnız bir nəfrə divara arabir rəng çəkirdi.

Xatırladaq ki, 2009-cu il aprelin 30-da Gürcüstan vətəndaşı Fərda Qədirov ADNA binasına daxil olaraq qarşısına çıxan hər kəsə tapançadan atəş açıb, 12 nəfəri öldürüb, 13 nəfəri yaralayıb, sonra o isə özünü öldürüb. İşlə bağlı Qədirovun qohumları və həmkəndliləri olan 4 nəfər həbs edilib.

XS
SM
MD
LG