Accessibility links

Neft axıntısı Florida sahillərinə yaxlınlaşır


Neftə bulaşmış qəhvəyi qutan Luiziana sahillərində
Neftə bulaşmış qəhvəyi qutan Luiziana sahillərində

Artıq ABŞ tarixində ən iri neft axıntısı hesab edilən böhrana son qoyulması üçün ABŞ hökumətinə BP-yə təzyiqlər göstərmək barədə çağırışlar vüsət almaqdadır

Meksiko Körfəzində genişlənən neftli maye kütləsi Florida sahillərinə yaxınlaşmaq üzrədir. Bu arada BP axıntının qarşısını almaq üçün tədbirlər görür. Son göstəricilərə görə neft artıq Florida sahillərindən 11 kilometr aralıdadır. BP-nin son cəhdləri neft borusunu kəsməyə çalışan mişarın ilişməsindən sonra dalana dirəndi. Mişarı kəsintidən çıxarmaq bir neçə saat vaxt apardı. Artıq ABŞ tarixində ən iri neft axıntısı hesab edilən böhrana son qoyulması üçün ABŞ hökumətinə BP-yə təzyiqlər göstərmək barədə çağırışlar vüsət almaqdadır. Neftli maye Liuiziana, Alabama, və Missisipi ştatlarının sahillərinə çataraq orada regionun faunasını ciddi təhlükə ilə üzləşdirir. Mayami Universitetinin açıqladığı peyk şəkilləri göstərir ki, neft axıntısının həcmi indi 24 min kvadrat kilometrə çatıb.

XS
SM
MD
LG