Accessibility links

Neft hasilatının məhdudlaşdırılması üzərində razılıq əldə olunmayıb [Video]


Neft hasilatının məhdudlaşdırılması üzərində razılıq əldə olunmayıb
please wait

No media source currently available

0:00 0:02:35 0:00

Neft hasilatının məhdudlaşdırılması üzərində razılıq əldə olunmayıb

Neft ixrac edən aparıcı ölkələr bazar günü Qətərin paytaxtında keçirilən sammiti qlobal neft qiymətlərini artırmaq məqsədilə neft hasilatını azaltmaq üzərində razılıq əldə etmədən başa çatdırıblar. İran neft hasilatına hər hansı bir məhdudiyyət qoymaqdan imtina edib və Dohaya nümayəndə göndərməyib. Dünyanın ən böyük neft istehsal edən ölkələri olan Birləşmiş Ştaltar və Çin də bu sammitdə işitrak etməyib.

Sammit sonunda biz elə bir qərara gəldik ki, bizim hər birimizin iyunda OPEC görüşünədək əlavə konsultasiyaya ehtiyacımız var.

Dohadakı sammitdə 18 ölkə neft hasilatlarını dayandırmaq üzərində razılıq əldə edə bilməyib.

“Sammit sonunda biz elə bir qərara gəldik ki, bizim hər birimizin iyunda OPEC görüşünədək əlavə konsultasiyaya ehtiyacımız var.”

Razılığın əldə olunmamasının ən böyük səbəblərindən biri də Səudiyyə Ərəbistanı və İran arasındakı çıxılmaz vəziyyətdir. Dünyanın ən böyük neft hasilatçı və ixracatçısı olan Səudiyyə Ərəbistanı İran da neft istehsalını azaldacağı təqdirdə oxşar addımı atmağa razı idi. Ancaq Tehran dəfələrlə bunu rədd edib. İndi o, Tehranın nüvə proqramını məhdudlaşdırmaq məqsədilə İrana qarşı tətbiq olunan sanksiyalar sayəsində itirdiyi bazar payını geri almaq istəyir.

"Biz Dohaya nümayəndə göndərmək istəsəydik, bunu orada əldə olunan razılığı dəstəkləmək adına edərdik. Ancaq biz heç bir şeyə imza atmayacağımız və neft hasilatını dayandırmaq qərarının bir hissəsi olmadığımız üçün ora nümayəndə göndərməməyə qərar verdik.”

Bu ilin əvvəli dünya bazarlarında neftin bol olması səbəbilə xam neftin qiyməti 27 dollara düşmüşdü. Müqayisədə 2014-cü ilin iyun ayında qiymət 115 dollar təşkil edirdi.

Bəzi analitiklər deyir ki, hasilatı məhdudlaşdırmaq qısa müddətdə neft qiymətlərini artırmayacaq.

"Əslində bunun böyük təsiri olmayacaq, çünki bu ölkələr neft hasilatını bazarda bolluq yaradan onsuz da yüksək hasilat səviyyəsində dondurmaq istəyirlər.”

Aşağı neft qiymətləri neft istehsal edən bəzi ölkələrə daha çox ziyan vurub. Məsələn Ekvador və Venezuela. Bunun Rusiya iqtisadiyyatına da ciddi mənfi təsiri olub. Doha sammitindən bir neçə gün öncə prezident Valdimir Putin hökümətin dövlət tərəfindən idarə olunan neft nəhəgi Rosnefti qismən özəlləşdirməyi planlaşdırdığını deyib.

Əslində bunun böyük təsiri olmayacaq, çünki bu ölkələr neft hasilatını bazarda bolluq yaradan onsuz da yüksək hasilat səviyyəsində dondurmaq istəyirlər.

“Biz, strateji tərəfdaş axtaracağıq. Elə bir tərəfdaş ki, Rosneftin hissələrini aldığı zaman tamahkar olmamağı anlayacaq. Elə bir tərəfdaş ki, hazırki hissə qiymətinə deyil, gələcəyə baxacaq.”

Ötən həftə bazar günü razılığın əldə olunacağı gözlənildiyi üçün neftin bareli 40 dollara qalxdı. Ancaq razılıq əldə olunmadığı üçün neft qiymətlərinin yenidən düşəcəyi gözlənilir. Azalan neft qiymətlərinin isə qlobal iqtisadiyyata ziyan vuracağı ilə bağlı narahatlıqlar mövcuddur.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG