Accessibility links

Neft hasilatının dondurulması haqda razılıq əldə olunub


Razılığın əsas məqsədi son aylar kəskin şəkildə düşən neft qiymətlərinin sabitləşdirilməsidir

Dünyanın neft istehsal edən ən böyük dörd ölkəsi neft qiymətlərinin sabitləşdirilməsi məqsədilə hasilatın dondurulması haqda razılıq əldə edib.

Rusiya, Səudiyyə Ərəbistanı, Venesuela və Qətərin neft nazirləri çərşənbə günü Dohada bağlı qapılar arxasında görüş keçirib. Qətərin neft naziri Məhəmməd Saleh Əl-Səda görüşdən sonra jurnalistlərə razılığın əldə edildiyi barədə məlumat verib.

“Dörd ölkə neft bazarını sabitləşdirmək məqsədilə neft hasilatını yanvar ayı səviyyəsində saxlamaq haqda razılıq əldə edib. Amma bir şərtlə ki, digər nəhəng istehsalçılar da bunu edəcək.”

Bu görüş ona işarə edir ki, OPEC üzvləri daxil olmaqla neft istehsal edən digər ölkələr də neft hasilatının dayandırılmasına razı olacaq. Son 19 ay ərzində neftin qiyməti düşərək, 10 ildə ilk dəfə olaraq bir barel üçün 30 dollardan aşağı səviyyəyə enib.

XS
SM
MD
LG