Accessibility links

Kanadada yanğınlar nəzarət altına alınıb


Kanada rəsmiləri Alberta vilayətində meşə yanğınları ilə mübarizədə nəzarəti ələ aladıqlarını bildirib.

Sərin və yağışlı hava şəraiti yanğın söndürənlərin işini asanlaşdırıb.

90 minə yaxın insan Fort MakMurray şəhərindən evakuasiya edilib.

Yanğının neft ayırma zavoduna yaxınlaşmasının qarşısı alınıb. Neft zavodunun bir neçə gündür bağlı olması ilə yaranan narahatlıqlar, neft bazarında qiymətlərin qalxmasına səbəb olub. Zavodun fəaliyyətini nə vaxt bərpa edəcəyi hələlik məlum deyil. Zavodun işçiləri ailələri ilə birlikdə şəhərdən evakuasiya edilib.

Ekspertlərin məlumatına əsasən zavodun iki və ya üç həftə bağlı qalacağı təxmin edilir.

Alberta vilayəti Səudiyyə Ərəbistanı və Venezueladan sonra dünyanın üçüncü ən böyük neft ehtiyatına sahibdir.

XS
SM
MD
LG