Accessibility links

Bakıda "Caspian Oil and Gas 2013" neft-qaz sərgisi açılıb


 Neft-qaz sərgisi_logo

Neft-qaz sərgisi_logo

Sərgidə 28 ölkədən 386 şirkət iştirak edir. Ötən il sərgidə 35 ölkədən 304 şirkət iştirak edib

Azərbaycan TANAP (Transanadolu qaz kəməri) layihəsinin reallaşmasına hazırdır. Bu barədə İlham Əliyev iyunun 4-də Bakıda "Caspian Oil and Gas 2013" neft-qaz sərgisini açarkən bildirib.

“Şahdəniz” yatağının işlənməsinə gəlincə, İ.Əliyev qeyd edib ki, layihənin ilk mərhələsi uğurla həyata keçirilir və növbədə bu iri enerji layihəsinin ikinci mərhələsidir. İ.Əliyev BP ilə tərəfdaşlığın strateji xarakterini qeyd edib və bildirib ki, əməkdaşlıq daha 20 il davam edəcək Azərbaycanın həyata keçirdiyi layihələr daha 100 il Avropanın enerji təhlükəsizliyini təmin edəcək.

ABŞ səfiri Riçard Morninqstar ABŞ prezidenti Barak Obamanın təbrik məktubunu oxuyub. O, Azərbaycanı dünya bazarına mühüm neft-qaz ixracatçısı adlandırıb. “Azərbaycanın neft sərvətləri iqtisadiyyatın diversifikasiyasına, qanunun aliliyinin möhkəmləndirilməsinə və Azərbaycan xalqının həyat səviyyəsinin yüksəldilməsinə xidmət edəcək”, - Obama vurğulayıb. Məktubda deyilir ki, ABŞ Azərbaycanın etibarlı tərəfdaşıdır və bu əməkdaşlıq uzun illər davam edəcək.

Britaniyanın baş naziri Devid Kemeronun sərgi iştirakçılarına müraciətində deyilir ki, 2013-cü il “Cənub qaz dəhlizi” layihəsi üçün mühüm olacaq. Eyni zamanda o bu layihəyə Mərkəzi Asiya qazının cəlb olunması üçün səylərin davam etdirilməsinin vacibliyini vurğulayıb.

İyunun 4-7-də Bakı Sərgi Mərkəzində keçirilən sərgidə dünyanın 28 ölkəsindən 386 şirkət iştirak edir. Ötən il sərgidə 35 ölkədən 304 şirkət iştirak edib. Əvvəlki illə müqayisədə sərgi meydançası 22%, eksponatların ümumi sayı 25% artıb.

VIP-qonaqlar arasında Gürcüstanın energetika naziri Kaxa Kaladze, Böyük Britaniya baş nazirinin xüsusi nümayəndəsi Çarlz Hendri, İsveçin ticarət üzrə dövlət katibi Qünnar Oom, Energetika Xartiyasının baş katibi Urban Rusnak, Türkmənistanın neft-qaz sənayesi və təbii resurslar naziri Annageldi Mammetyazov və başqaları var.
XS
SM
MD
LG