Accessibility links

Xəzərdən enerji nəqlində imkanlar və maneələr


Xəzərdən enerji nəqlində imkanlar və maneələr konfransı

Xəzərdən enerji nəqlində imkanlar və maneələr konfransı

Xəzər dənizində neft və qaz ehtiyatları, enerji mənbələri və onun daşındığı ərazilərdə geosiyasi maraqlar, münaqişələr və onlara fərqli baxışlar, enerji gəlirləri və regionun iqtisadi inkişafı.

Bu mövzular aprelin 8-də Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin və İtaliyanın Beynəlxalq Əlaqələr İnstitutunun birgə təşkilatçılığı ilə "Avropada Enerji Təhlükəsizliyinin Təminatı: Xəzərdən qaz nəqlində imkanlar və maneələr" mövzusunda keçirilən dəyirmi masanın əsas mövzuaları olub.

Fərhad Məmmədov

Fərhad Məmmədov

Tədbirdə beynəlxalq və yerli ekspertlər, diplomatik missiyaların təmsilçiləri, Milli Məclisin deputatı iştirak edib.

“Əfsuslar ki, neft və onun daşınması geosiyasi xarakter alıb, regionda münaqişələrə gətitib çıxarıb, bəzi dövlətləer üçün siyasi üstünlüyü ələ almaq alətinə çevrilib”, Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov bildirib.

Onun fikrincə, Azərbaycan neft amilindən siyasi məqsədlərlə istifadə etmir.

“Azərbaycanın enerji sahəsində planlaşdırılmış strategiyası var. Neft gəlirləri iqtisadiyyatın diversifikasiyasına və regionun inkişafı ilə bağlı layihələrə yönəldilib. Azərbaycan Dövlət Neft Şirkəti Gürcüstanda ən böyük vergi ödəyicisidir. Azərbaycan Türkiyədə ən böyük investorlardandır, Yunanıstanda, Albaniyada, Serbiyada, Monteneqrodavə başqa ölkələrdə layihələr həyata keçirir. Bakı-Tbilisi Qars dəmir yolu, TANAP və TAP kimi layihələri reallaşdırır, yeni dəniz limanı tikib”, o qeyd edib.

Məmmədov regional layihələrə təhdidlərdən də danışıb.

Italiya Beynəlxalq Əlaqələr İnstitutunun (Istituto Affari Internazionali) direktoru Ettore Qreko

Italiya Beynəlxalq Əlaqələr İnstitutunun (Istituto Affari Internazionali) direktoru Ettore Qreko

“Regional layihələrə ən böyük təhdid Cənubi Qafqazın ən böyük münaqişəsi olan Dağlıq Qarabağ münaqişəsidir. Avropa İttifaqının vahid enerji siyasəti olduğu kimi, ərazi bütövlüyü ilə bağlı da vahid mövqeyi formalaşmalıdır. Necə olir ki, regionda bir separatçı rejim və onu dəstəkləyənlərlə əlaqələr kəsilir, sanksiyalar tətbiq edilir, digər separatçı rejimə fərqli münasibət yürüdülür. Dağlıq Qarabağdakı separatçı rejimlə də əlaqələr kəsilməli, sanksiyalar tətbiq edilməlidir”, o qeyd edib.

Italiya Beynəlxalq Əlaqələr İnstitutunun (Istituto Affari Internazionali) direktoru Ettore Qreko da Məmmədovun fikirlərini dəstəkləyib.

“Münaqişələrə vahid mövqenin formalaşması regionun və Avropanın təhlükəsizliyi üçün vacibdir. Avropa İttifaqı daha uyğun enerji təhlıükəsizliyi siyasəti seçməlidir. Bu siyasətdə milli maraqlar da nəzərə alınmalıdır”, o qeyd edib.

XS
SM
MD
LG