Accessibility links

Neft qiymətinin düşməsinin qlobal təsirləri [Video]


Neft qiymətinin düşməsinin qlobal iqtisadiyyata təsirləri
please wait

No media source currently available

0:00 0:02:41 0:00

Neft qiymətinin düşməsinin qlobal iqtisadiyyata təsirləri

Benzin qiymətlərinin düşməsinin istehlakçıların xeyrinə olmasına baxmayaraq, bu hal neft istehsal edən ölkələrə mənfi təsir göstərir

ABŞ xam neft ehtiyatlarının qiymətinin gözlənilmədən düşməsi çərşənbə günü neftin qiymətinin bir az artmasına kömək edib. (West Texas Intermediate-in qiyməti 69 sent artaraq 36,77 dollar təşkil edib). Buna baxmayaraq, neft qiymərtləri ümumilikdə son 10 il ərzindəki ən aşağı səviyyədədir. Bunun isə bir neçə səbəbi var ki, bunlara dolların mübadilə məzənnəsinin yüksək olması və qlobal tələbatın azalması daxildir. Benzin qiymətlərinin düşməsinin istehlakçıların xeyrinə olmasına baxmayaraq, bu hal neft istehsal edən ölkələrə mənfi təsir göstərir.

Xam neftin qiyməti gələn aylar ərzində isə daha da azalacaq, yəni gələn ay ərzində benzinin qiyməti daha 25-30 sent düşə bilər.

Neft qiyməti son 10 ildə bu qədər aşağı səviyyədə olmayıb. ABŞ-da benzinin bir litri orta hesabla 53 sent təşkil edir … və bu sürücülər üçün erkən yeni il hədiyyəsidir.

“Yadımdadır ki, bir il əvvəl mən bakı doldurmaq üçün 50 dollar xərcləyirdim, indi isə bu, 36-38 dollara başa gəlir.”

Bu ABŞ iqtisadiyyatına 115 milyard dollarlıq xeyir gətirir. Başqa sözlə, hər bir sürücü ildə 555 dollar qənaət edir, deyə Triple-A sözçüsü Robert Sinclair bildirir.

Qlobal miqyasda tələbat azalırsa, istehsalçı ölkələr isə həddindən artıq istehsal edirlərsə, qiymətin düşməsi qaçılmaz olur. Hazırda da baş verən elə budur.

“Biz düşünürük ki, bu belə davam edəcək, çünki hələ də çox sayda xam neft istehsalçısı var. Xam neftin qiyməti gələn aylar ərzində isə daha da azalacaq, yəni gələn ay ərzində benzinin qiyməti daha 25-30 sent düşə bilər.”

İqtisadçı Fred Berqstenin sözlərinə görə, neft istehsal edən ölkələr neftin qiymətinin düşməsindən heç nə qazanmayıb.

“Ruslar uduzur, səudiyyəlilər uduzur, venezuellalılar uduzur, ABŞ-da şist neft istehsalçıları uduzur; amma bu təkcə istehlakçı qiymətlərinin düşməsinin nəticəsi deyil.

“5-10 il bundan öncə neft qiymətləri çox yüksək olanda, Putin yuxarıdan gedirdi. Amma indi ki, neft qiymətləri belə düşüb o, əhalinin diqqətini zəif iqtisadi şərtlərdən yayındırmaq üçün xarici sərgüzəştlərə başladı – ilk Ukrayna, indi isə Suriya.

Buna səbəb isə odur ki, məhsulların əksəriyyətinin qiyməti ABŞ dollarında göstərilir və bəziləri neft qiymətinin düşməsinin səbəbini dolların mübadilə məzənnəsinin yüksək olmasında görür. Lakin nyu-yorklu təhlilçi Peter Cardill bunun səbəbini tələbat və təkliflə izah edir.

“Qlobal miqyasda tələbat azalırsa, istehsalçı ölkələr isə həddindən artıq istehsal edirlərsə, qiymətin düşməsi qaçılmaz olur. Hazırda da baş verən elə budur.”

Bunlara baxmyaraq bu qiymətlərin düşməsinin ciddi geosiyasi nəticələri var. Bergsten deyir ki, bunların biri elə Rusiyadır.

“5-10 il bundan öncə neft qiymətləri çox yüksək olanda, Putin yuxarıdan gedirdi. Amma indi ki, neft qiymətləri belə düşüb o, əhalinin diqqətini zəif iqtisadi şərtlərdən yayındırmaq üçün xarici sərgüzəştlərə başladı – ilk Ukrayna, indi isə Suriya.”

Neft qiymtlərinin yaxın gələcəkdə artacağı gözlənilmir. Dünya Bankı və Beynəlxalq Maliyyə Fonduna əsasən əksinə, qiymətlər daha da düşəcək və 2016-cı ildə hətta bir bareli 20 dollar təşkil edəcək.

XS
SM
MD
LG