Accessibility links

Neft quyusunda qəza zamanı itkin düşənlərdən 3 nəfərin cəsədi tapılıb (Yenilənib-2)


Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR)

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR)

ARDNŞ-nin və FHN-nin son məlumatına görə N.Nərimanov adına NQÇİ-də baş vermiş qəza nəticəsində itkin düşmüş 4 nəfər işçidən üçünün cəsədi hadisə yerindən 2 kilometr aralıda ARDNŞ-nin və FHN-in dalğıcları tərəfindən dənizin dibindən tapılaraq, sahilə çıxarlımışdır. İtkin düşmüş 1 nəfərin axtarışı isə xilasedicilər tərəfindən davam etdirilir.

***

Son məlumata görə Səngəçal yaxınlığındakı (Bakıdan 55 kilometr cənub) platformada bu gün baş vermiş qəza nəticəsində dənizə düşdüyü ehtimal olunan 4 neftçinin axtarışı davam etdirilir. Bu barədə SOCAR-ın məlumatında bildirilir.

Platforma yıxıldığı zaman ərazidə 41 nəfər işləyirdi. Qəza-xilasetmə briqadasının operativ tədbirləri nəticəsində 37 nəfər sahilə təxliyə olunub. Xəsarət alanlara zəruri tibbi yardım göstərilib.

Hazırda dənizə düşdüyü ehtima olunan dörd nəfərin axtarışları davam etdirilir.

Qəzanın səbəblərinin araşdırılması üzrə xüsusi komissiya yaradılıb.

***

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsinin Xəzər dənizindəki 441 nömrəli sahəsində qəza baş verib.

SOCAR-ın məlumatına görə, estakadada dağılma baş verib və kiçik vaqon dənizə düşüb. Bundan başqa, 700 mm-lik qaz kəmərində qırılma nəticəsində yanğın başlayıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Amerikanın Səsinə verilən məlumata görə, Nərimanov adına NQÇİ-nin estakadasında yanğın haqqında məlumat daxil olub.

Hadisə yerinə təcili olaraq “Vixr-5” yanğınsöndürmə gəmisi, helikopterlərlə xilasedicilər göndərilib.

Dənizə düşmüş 12 nəfəRin hamısı xilas edilib. Yanğın söndürülüb.

Qəza baş verən quyu dənizdə Səngəçal qəsəbəsindən 2 km cənub-şərqdə yerləşir.

XS
SM
MD
LG