Accessibility links

Neft və qızılın qiyməti artır [Video]


Neft və qızılın qiyməti artır
please wait

No media source currently available

0:00 0:02:26 0:00

Neft və qızılın qiyməti artır

Neft və qızıl: qiymətinin artıb-düşməsi ilə dünyanın narahat vəziyyətinin əks etdirən iki əsas məhsul. Hər ikisi bir çox ölkənin üzləşdiyi iqtisadi çətinlikləri əks etdirir.

Tələbat və təchizat yönündən baxsaq bu o deməkdir ki, əgər gündəlik neft hasilatında bolluq varsa, tələbatın cüzi artımına baxmayaraq, neftin hamısını istifadə etmək mümkün deyil.

Təhlilçilər rekord dərəcədə hasilata baxmayraq, neft qiymətlərinin 26 dollardan artaraq barelinə 30 dollar civarında sabitləşəcəyindən xəbər verir. Bu isə son iki həftə ərzində 30 faizlik artıma bərabərdir.

Qiymət artımı neftin ən aşağı həddə çatması ilə bağlı söz-söhbətlərə səbəb olub. Bu arada Birləşmiş Ştatlarda neft bolluğu səbəbilə 413 neft platformaları bağlanıb və nəticədə minlərlə insan işsiz qalıb.

“Tələbat və təchizat yönündən baxsaq bu o deməkdir ki, əgər gündəlik neft hasilatında bolluq varsa, tələbatın cüzi artımına baxmayaraq, neftin hamısını istifadə etmək mümkün deyil.”

Zukkarellinin sözlərinə görə qızılın da qiyməti ABŞ və dünyanın başqa yerlərində faiz dərəcələrinin azalmasına görə artıb. Ümumilkdə artan faiz dərəcələri qızılın qiymətinə mənfi təsir göstərir, azalan faiz dərəcələri isə müsbət. Yaponiya və Avropa Mərkəzi banklarını faiz dərəcələri hazırda mənfidir.

​“İki il yarımlıq müddət ərzində qızılın qiyməti kəskin sürətdə 10.50 dollara düşdü. Bu arada Amerikanın Mərkəzi Bankı dünya iqtisadiyyatı böhrana daxil olduğundan bəri ilk dəfə olaraq faiz dərəcələrini artırdı. İnsanlar isə buna hazır deyildi və nəticədə qızılın qiyməti 12.50 dollaradək artdı.”

“Bir çox sənaye metalları neftlə eyni vəziyyətdədir. Onlar tələbatın artmasını gözləyir.Məsələn qiyməti 2 dollardan aşağı olan misin və ya sink, qurğuşun, qalay, nikel, poladın qiymətləri bir az artsa da, əvvəlki qədər çox deyil.”

Qızıl qiymətinin nə qədər artacağı isə hələ də sual altındadır, amma son həftələr ərzində qızıla sərmaye qoymaq müsbət nəticələr verib. Lakin yenə də neft kimi qızılın da aqibətini əvvəlcədən təxmin etmək çox çətindir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG