Accessibility links

Şahmar Mövsümov: 15-20 il ərzində Neft Fonduna 100 mlrd. dollar daxil olacaq


Şahmar Mövsümov və Samir Şərifov
Şahmar Mövsümov və Samir Şərifov

“Neft qiyməti aşağı düşsə də, Azərbaycanda hələ də neft hasil edilir və Azərbaycan yenə də neft gəlirləri əldə edəcək”. Report agentliyinin məlumatına görə, bu barədə Bakıda Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə keçirilən “Post-neft dövründə bank sisteminin inkişafı: yeni çağırışlar və perspektivlər” adlı forumda Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov danışıb.

Onun sözlərinə görə, indiyə qədər rəhbərlik etdiyi qurumun neft-qaz satışından gəliri 120 mlrd. dollar olub: “Yaxın 15-20 il ərzində isə Fonda bu sahədən daha 100 mlrd. dollar daxil olacağını gözləyirik”, Mövsümov qeyd edib.

ARDNF-in icraçı direktorunun sözlərinə görə, Azərbaycanın neft sektoru müxtəlif dövlərdə ümumi daxili məhsulun (ÜDM) istehsal həcmində 40-50% paya malik olub.

Mövsümov deyib ki, bu ÜDM-i təmin edən isə ölkə üzrə işçi qüvvəsinin cəmi 1%-dir.

“Bu statistik göstərici də göstərir ki, neft sektoru Azərbaycan dövlətinin gəlirlərini təmin etmk üçün mühüm olsa da, işsizliyin aradan qaldırılmasında cüzi əhəmiyyət kəsb edir. Odur ki, qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın şaxələndirilməsi vacibdir. Amma neft istehsal edən ölkələrdə buna nail olmaq elə də asan deyil. İlk növbədə fiskal qayda müəyyən edilməlidir ki, neft gəlirlərinin necə xərclənməsi müəyyən edilsin. Hazırda hökumət daxilində bununla bağlı araşdırma gedir ki, makroiqtisadi sabitliyi təmin edə bilək”, o qeyd edib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG