Accessibility links

Azərbaycanın təsdiqlənmiş qaz və neft ehtiyatları artıb


 Neft-qaz layları (sxem)
Neft-qaz layları (sxem)

1 yanvar 2014-cü il üçün ARDNŞ-nin təsdiq edilmiş qaz ehtiyatı 61,15 mlrd kubmetr olub. Bu barədə ARDNŞ-nin 2013-cü il üzrə yekun hesabatında bildirilir.

1 yanvar 2013-cü il üçün ARDNŞ-nin sübut edilmiş qaz ehtiyatı 23,82 mlrd kubmetr idi. Beləliklə şirkətin qaz ehtiyatı 256,7% artıb.

Hesabata əsasən, ARDNŞ-nin sübut edilmiş neft ehtiyatı 78,5 mln ton olub. 1 yanvar 2013-cü il üçün ARDNŞ-nin sübut edilmiş neft ehtiyatı 71,66 mln ton idi – artım 9,5%-dir.

Hesabatda qeyd olunur ki, ARDNŞ-nin sübut edilmiş qaz və neft ehtiyatı 9 əsas yataqda hesablama əsasında müəyyən edilib. Söhbət "Günəşli", "Neft Daşları", "Pirallahı", "Darvi Bankəsi", "Səngəçal-Qobustan –Dəniz-Хərə-Zirə", "Ələt dəniz", "Bulla dəniz" dəniz, eləcə də "Bibiheybət", "Lökbatan-Buta-Quşxana" quru yataqlarından gedir. Hesablamanı Miller & Lents şirkəti aparıb.

ARDNŞ 2013-cü ildə 8,31 mln ton, 2012-ci ildə 8,29 mln ton neft, müvafiq olaraq 7,14 mlrd kubmetr və 6,92 mlrd kubmetr qaz hasil edib. Ötən ilm neft emalı həcmi 6,53 mln ton, 2012-ci ildə 6,17 mln ton olub.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG