Accessibility links

Əsas neft quyusunda yanğın söndürülüb


Xəzərdə neft platformasında yanğın

Xəzərdə neft platformasında yanğın

Dekabrın 15-də yerli vaxtla saat 17.00 radələrində “Günəşli” dəniz yatağının 10 nömrəli platformasında fontan vuran əsas neft quyusunda yanğını söndürmək mümkün olub.

Bu, Amerikanın Boots&Coots şirkətinin və Azərbaycan mütəxəssislərinin birgə səyləri nəticəsində mümkün olub.

Azərbaycan Dövlət Neft Şirkətindəki (SOCAR) yüksək vəzifəli məmur Turan agentliyinə deyib ki, məhz bu quyudan vuran neft fontanın dənizə dağılma təhlükəsi olub.

“Quyu söndürülüb və neft dağılması təhlükəsi aradan qaldırılıb. Dünən daha bir quyu söndürülüb”, deyə mənbə qeyd edib.

Daha bir neçə qaz quyusu hələ də yanır. Lakin mütəxəssislər xüsusi avadanlıq vasitəsilə onlarda dəliklər açmağa və su axınlarını bilavasitə quyunun içinə yönəltməyə müvəffəq olub. Bu, yanğının söndürülməsi işini xeyli asanlaşdırıb, 1-2 gün ərzində buna müvəffəq olmaq mümkün olacaq.

Yanğın qaz kəmərində güclü külək və yüksək dalğalarla əlaqədar baş vermiş qəza nəticəsində yaranıb.

Yanan platformadan 33 nəfər canlı təxliyyə edilib, 7 nəfər həlak olub, yanğın nəticəsində itkin düşmüş 23 neftçinin, habelə “Neft Daşları” platformasında itkin düşmüş 3 əməkdaşın axtarışı davam etdirilir.

XS
SM
MD
LG