Accessibility links

Azərbaycan Neft Akademiyasında kütləvi qətl üzrə hökm oxunub


Azərbaycan Neft Akademiyasında kütləvi qətl üzrə hökm oxunub

Azərbaycan Neft Akademiyasında kütləvi qətl üzrə hökm oxunub

Məhkəmə müttəhimlər Nadir Əliyevi, Cavidan Amirovu və Nəcəf Süleymanovu əmlakları müsadirə olunmadan ömürlük həbs cəzasına məhkum edib. Ariz Qabulov isə 11 il azadlıqdan məhrum olunub. Onların hamısı Gürcüstandan olan azərbaycanlılardır və terrorizm, qəsdən adam öldürmə, qaçaqmalçılıq, qanunsuz silah və narkotik maddə saxlamaq ittihamları üzrə təqsirli bilinib.

Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmə 2009-cu il aprelin 30-da Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) törədilmiş kütləvi qətl işi üzrə hökm elan edib. Beləki, 2009-cu il aprelin 30-da Gürcüstan vətəndaşı Fərda Qədirov ADNA-nın binasına daxil olaraq 12 nəfər tələbə və müəllimi güllələyib, 13 nəfəri yaralayıb və sonra özünü öldürüb.

Cinayətlə bağlı dörd nəfər ittiham olunub. Məhkəmə müttəhimlər Nadir Əliyevi, Cavidan Amirovu və Nəcəf Süleymanovu əmlakları müsadirə olunmadan ömürlük həbs cəzasına məhkum edib. Ariz Qabulov isə 11 il azadlıqdan məhrum olunub. Onların hamısı Gürcüstandan olan azərbaycanlılardır və terrorizm, qəsdən adam öldürmə, qaçaqmalçılıq, qanunsuz silah və narkotik maddə saxlamaq ittihamları üzrə təqsirli bilinib.

Hökm zamanı müttəhimlər məhkəmə qarşısında ağlayaraq, cinayətlə əlaqələrinin olmadığını bildirib.
İstintaqın məlumatına görə, cinayətin təşkilatçısı Gürcüstan vətəndaşı Mardun Qumaşyandır. O, müttəhimlərlə cinayət əlaqəsinə girərək, onları Bakıda azərbaycanlılara qarşı terror aktı törətməyə razı salıb. İstintaq hesab edir ki Qumaşyan terrorçuluğu maliyyələşdirərək bu cinayətin təşkili və həyata keçirilməsi üçün onlara ümumilikdə 50 min ABŞ dolları məbləğində pul verəcəyini vəd edib. O, əvvəlcədən Fərda Qədirova 5 min ABŞ dolları məbləğində pul verərək, qalan məbləği cinayət törədildikdən sonra verəcəyi, eləcə də Fərda Qədirov tərəfindən hələ 2008-ci il noyabrın 8-də Tbilisidə odlu silah satışı mağazasından aldığı “Makarov” tipli tapança və 200 ədəddən artıq patronların qanunsuz olaraq Azərbaycana keçirilməsi barədə razılığa gəlib. Lakin bütün bunları sübut edən dəlillər təqdim edilməyib.

Vəkillər qeyd edib ki, Azərbaycanın hüquq-mühafizə orqanları M.Qumaşyanın Azərbaycana verilməsi məqsədilə İnterpola və Gürcüstan hakimiyyətinə müraciət etməyib. Müttəhimlər isə bildirib ki, ifadələrini işgəncə altında veriblər. Lakin iki ekspertiza işgəncə tətbiq olunduğunu təsdiqləməyib.

İbtidai istintaq Fərda Qədirovun ruhi xəstə olduğunu müəyyən edib. O, əvvəlcədən video müraciət yazıb və orda bu cinayəti Azərbaycan cəmiyyətinə nifrət etdiyinə görə törədiyini deyib. F. Qədirovun ölümündən öncə mobil telefonuna yazdırdığı video müraciət yerli televiziyalarda nümayiş etdirilib.

XS
SM
MD
LG