Accessibility links

Neftçalada etiraz aksiyası


Nrftçala (xəritə)
Nrftçala (xəritə)

Yanvarın 8-də Neftçala rayonunun (Bakıdan 174 kilometr cənub) əsasən Qoltuq və dənizkənarı ətraf kəndlərinin 500 nəfərə yaxın sakini Neftçala- Salyan avtomobil yolunu 2 saata yaxın bağlayaraq etiraz aksiyası keçirib. Bu barədə virtualaz.org saytı məlumat yayıb.

Neftçala sakinlərinin sayta verdikləri məlumata görə, dolanışığı dənizdəki balıq ovundan çıxan bu kəndlərin sakinləri son günlər Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən balıq ovuna buraxılmamalarına etiraz ediblər.

Hadisə yerinə gələn Neftçala Rayon Polis Şöbəsi əməkdaşlarının apardıqları danışıqlardan sonra aksiya keçirənlər avtomobil yolunu açsalar da, dağılışmayıblar.

Sayt yazır ki, hazırda etirazçı balıqçılarla ETSN-in hadisə yerinə gəlmiş nümayəndələri arasında danışıqlar aparılır.

Öz növbəsində, AzadlıqRadiosuna açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmisi Rasim Həsənov bildirib ki, etiraz edən şəxslər qanunsuz balıq ovu ilə məşğul olmaq istəyənlərdir: "Bu o deməkdir ki, tərəfimizdən balıq ovu ilə məşğul olanların, brakonyerliyin qarşısı alınır. Yəni biz qanun çərçivəsində bu şəxslərdən tələb edirik ki, qanuni prosedurlara əməl etsinlər, sadələşdirilmiş qaydada balıq ovlama bileti alsınlar".

Rasim Həsənov balıqçılara qanunsuz balıq ovuna dəstək verən və belə aksiyalar təşkil edən "bəzi himayədarların fitnəsi"nə getməməyi tövsiyə edir: "Hər şeyi qanuni yolla həll etmək mümkündür. Ehtimal edirik ki, bununla razılaşmayanlar, aksiyanı təşkil edənlər rayonda qanunsuz balıq ovunun himayədarlarıdır. Digər tərəfdən, biz bu qanuni tələbləri irəli sürməyə bilərik, amma brakonyerlik baş alıb gedəndə deyilməsin ki, nazirlik hara baxır".

XS
SM
MD
LG