Accessibility links

Dünən Kipr mediası Bakıdakı oyuna Şimali Kiprin bayrağını gətirən Azərbaycan azarkeşlərinə cavab vermək lazım olduğunu yazıb

Bu gün Yunanıstan Kiprinin paytaxtı Nikosiyada Kiprin APOEL fanatları və Azərbaycanın “Neftçi” funtbol klubunun tərəfdarları arasında kiçik qarşıdurmalar davam edib. Bu gün axşam APOEL və “Neftçi” arasında cavab oyunu keçiriləcək.
Azerisport.com-un yaydığı məlumata görə, Kipr mediasının tutduğu mövqe vəziyyəti daha da çətinləşdirir. Dünən Kipr mediası Bakıdakı oyuna Şimali Kiprin bayrağını gətirən Azərbaycan azarkeşlərinə cavab vermək lazım olduğunu yazıb.
Cümə axşamına keçən gecə bir qrup APOEL fanatı “Neftçi” oyunçularının qaldığı otelə hücum edərək, anti-türk şüarlar səsləndirib.
Bir həftə əvvəl Bakıdakı oyun 1:1 hesabı ilə heç-heçə bitib.
XS
SM
MD
LG