Accessibility links

Yanvarın 29-da Xəzərin Türkmənistan sahillərində naməlum şəxsin cəsədi tapılıb, çox güman ki, o, “Günəşli” dəniz platformasındakı qəzanın qurbanlarından biridir.

Azərbaycan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, istintaq qrupu araşdırma və cəsədi gətirmək üçün oraya getməyə hazırlaşır.

Xatırladaq ki, 2015-ci il dekabrın 4-də Günəşli platformasının 10-cu dərin dəniz özülündə qəza baş verib. Qəza zamanı platformada olan 63 neftçidın 33 nəfəri xilas olub, 11 nəfər həlak olub və 19 nəfər itkin düşüb. Bundan bir neçə gün öncə isə "Neft Daşları"nda daha 3 neftçi dənizə düşüb.

XS
SM
MD
LG