Accessibility links

Neftin qiymətinin enməsi Rusiya üçün təhlükəli ola bilər (VİDEO)


Neftin qiymətinin son bir neçə ayda tədricən enməsi enerji iqtisadiyyatı əsas etibarilə enerji ixracatından asılı olan Rusiya üçün təhlükəli ola bilər. Bu arada yeni neftin mənbələrinin aşkar ediməsi yanacaq qiymətlərinin enməsinə səbəb olan başqa bir amildir.

Rusiya neftinin 70 faizi Sibirdə Xanti-Mansiysk şəhərindəki neft yataqlarından çıxarılır. Bu şəhər eyni zamanda ölkənin əsas gəlir mənbəyidir. Gündə 10 milyon barel neft hasil edən Rusiya başlıca enerji təhcizatçılarından birindir. Stefen Tindeyl Avropada İslahatlar mərkəzində ekspertdir.

Stefen Tindeyl: “Rusiya hökumətinin gəlirinin yarısını neft və qaz ixracına qoyulmuş fərqli vergilər təşkil edir.”

Tindeylin bu səbəbdən Rusiya iqtisadiyyatının neftin qiymətinin düşməsinə çox həssas olduğunu deyir.

Stefen Tindeyl: “Bu o deməkdir ki, ölkənin büdcəsində balans pozulub. Bu da öz növbəsində olduqca təhlükəlidir. Putin və Rusiya hökumətinin hakimiyyətdə qalması qısa müddət davam edə bilər.”

Neftin qiyməti ötən həftələr düşməyə başlayaraq, mart ayında bir barel üçün 125 dollardan iyun ayında 100 dollara enib. Bunu izah etmək üçün ilin əvvəli neftin qiymətinin baha olmasının səbəbinə nəzər salmaq salınmalıdır, deyə, Londonda yerləşən Çantam House müstəqil siyasət institutunda ekspert Pol Stivens bildirir.

Pol Stivins: “Neftə tələbat yenə artmağa başlamışdı, təchizat isə azalmışdı. Suriyanı, Yəməni, Cənubi Sudanı itirmişdik. Liviya isə müəyyən müddət neft bazarına dönmədi.”

Stivens son zamanlar qlobal iqtisadiyyatla bağlı narahatlıqlara görə hazırda tələbatın azaldığını deyir. Bu isə Rusiya ixracatçıları üçün yaxşı xəbər olmaya bilər. Bundan başqa, İraqda aprel ayında Qərbi Qurna kimi yeni neft yataqları aşkar edilib. Bu yataqlar Rusiyanın nəhəng Lukoil neft şirkəti ilə birgə istismar edilir. Lukoilun vitse-prezidenti Sergey Nikiforov.

Sergey Nikiforov: “İraqla Rusiya bu gün dünyada aşkar edilmiş böyük neft yataqlarından biri olan nəhəng Qərbi Qurna neft yatağının inaqurasiyasını keçirib.”

Stivens bu kimi yeniliklərin son vaxtlarda yaranan geosiyasi hadisələrin təsirini tənzimlədiyini deyir.

Pol Stivens: “Təchizat sahəsi də yaxşılaşır. Bunun bir səbəbi İraqın bazara gəlməsi ilə bağlıdır. İkinci səbəbi isə neft ixrac edən ölkələrin OPEK təşkilatının üzvlərinin, əsasən də son vaxtlar embarqolara görə İranın neft payını qarşılamaq üçün Səudiyyə Ərəbistanının neft istehsalını artırmasıdır.”

Neftin qiymətinin tədricən enməsinə baxmayaraq, Stivenson İsrailin ziddiyyətli nüvə proqramına görə İrana mümkün hücumu kimi tək bir hadisə ilə neftin bir bareli üçün qiymətinin 200 dollara qədər yüksək biləcəyini deyib.

XS
SM
MD
LG