Accessibility links

N.Kroes: Parlamentin zooparkla müqayisə olunması normal haldır (audio)


Avropa Komissiyasının elektron gündəlik üzrə vitse-prezidenti Neli Kroes
Avropa Komissiyasının elektron gündəlik üzrə vitse-prezidenti Neli Kroes

Avropa Komissiyasının vitse-prezidenti məhbuslarla görüşə buraxılmayıb

İnternet demokratiyanın inkişafında mühüm vasitədir və hökumətlər İnternetdə ifadə azadlığını təmin etməlidirlər. Bu barədə bugünki mətbuat konfransında Qlobal İnternet İdarəçilik Forumu ilə əlaqədar Bakıda səfərdə olan Avropa Komissiyasının elektron gündəlik üzrə vitse-prezidenti Neli Kroes bildirib.

"Avropa Komissiyası və Azərbaycanda İnternet azalığı" reportajı
please wait

No media source currently available

0:00 0:04:19 0:00
Direct link

Xanım Kroes deyib ki, çərşənbə günü səhər prezident İlham Əliyevlə görüşüb və onunla uzun, açıq müzakirə aparıb. O, prezidentin və rabitə nazirinin rəqəmsal texnologiyaların inkişafı üzərində intensiv işləməsindən məmnunluğunu bildirib.

“İnternetə azad çıxışın əhəmiyyətini vurğuladım. Prezident bildirib ki, Azərbaycanda İnternet tamamilə azaddır”, deyə Kroes bildirib. Lakin, onun fikrincə, bu istiqamətdə görüləcək çox iş var.

Aİ Azərbaycanın İnternet və ifadə azadlığı sahəsində beynəlxalq öhdəliklərini yerinə yetirməsinə dəstək verəcək.

“Biz İnternetdə televiziyanın, habelə plüralist medianın inkişafını dəstəkləyirik”, deyə Kroes bildirib.

Vitse-prezidentin sözlərinə görə, İlham Əliyev ona gələn il Azərbaycanda yeni İnternet-televiziya açılacağını bildirib.

Xanım Kroes qeyd edib ki, ifadə, toplaşmaq, fikir azadlığı o deməkdir ki, bu azadlığa görə cəzalandırmaq olmaz. Yəni insanlar öz ifadələrinə görə qorxmamalıdırlar. İnsanlar qorxurlarsa, bu, artıq demokratiyanın təqlididir, deyə o bildirib.

Forum ərəfəsində bir çox yerli və beynəlxalq təşkilatlar Azərbaycan hakimiyyətini həbs edilmiş jurnalistləri və İnternet fəallarını azad etməyə çağırıb.

Xanım Kroes prezident Əliyevlə bu məsələləri müzakirə edib? Bu suala cavabda Avropa Komissiyasının vitse-prezidenti bildirib ki, hüquq müdafiə təşkilatlarının siyahılarında adları yer alan bəzi siyasi məhbuslara baş çəkmək istəyirdi. Lakin prezidentin vədinə baxmayaraq, bu görüşə imkan verilməyib. O, səfərinin yekunlarına dair prezidentə məktubunda həbs edilmiş jurnalistlər və İnternet fəalları probleminə də diqqət çəkəcək.

“Demokratik dövlətlərdə belə bir şey mümkün deyil ki, prezidentin göstərişləri yerinə yetirilməsin”, deyə Kroes bildirib.

Diffamasiyaya görə cinayət məsuliyyətinin ləğv edilməsi məsələsinə toxunan Kroes qeyd edib ki, demokratik azadlıqlar universaldır və bu məsuliyyətin ləğvi üçün tez olması ilə bağlı bəhanələr əsassızdır.

O, həmçinin bir qrup deputatın parlamenti “zooparkla” müqayisə etdiyi üçün politoloq İlqar Məmmədovu məhkəməyə vermək cəhdinə münasibət bildirib. Vitse-prezidentin fikrincə, demokratik cəmiyyətdə belə müqayisələr normal haldır.

“Avropa Parlamentini zooparkla müqayisə etsələr, heç kim narahat olmazdı və heç kimin cəzalandırılmasını tələb etməzdi. Əksinə, Avropa Parlamentinin zooparkla müqayisə olunmasının səbəblərinin araşdırılması məqsədilə müzakirələr başlayardı”, deyə Kroes bildirib

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG