Accessibility links

Dünya liderləri Cənubi Afrika Respublikasına axışır


Nelson Mandela dekabın 15-də torpağa tapşırılacaq

Dünya liderləri Cənubi Afrika Respublikasının sabiq prezidenti Nelson Mandelanın dəfn mərasimində iştirak etmək üçün o ölkəyə axışır.

ABŞ prezidenti Barak Obama birinci xanım Mişel Obama ilə birgə bu gün səhər Vaşinqtondan yola düşüb.

95 yaşında vəfat edən antiaparteid liderinə son ehtiramını bildirmək üçün ABŞ-ın sabiq prezidentləri Bill Klinton, Cimmi Karter və Corc Buş da Cənubi Afrikaya yola düşüb. BMT-nin baş katibi Ban Gi Mun çərşənbə günü Yohannesburqda təşkil ediləcək mərasimdə iştirak edəcək.

Mərasim Yohannesburqun Futbol City stadionunda olacaq.

Dünən Cənubi Afrika prezidenti Ceykon Zuma Yohannesburq kilsəsində Allaha onlara Mandela kimi bir şəxsiyyət qismət etdiyinə görə təşəkkürünü bildirib.

Mandelanın sabiq xanımı Uinni Mandikizela-Mandela nəvələri ilə bərabər ailə mərasiminə qatılıb.

Dekabr ayının 15-də keçiriləcək dəfn mərasimində 9 mindən artıq insanın iştirak edəcəyi gözlənilir.
XS
SM
MD
LG