Accessibility links

Cənubi Afrika Respublikasının sabiq prezidenti Nelson Mandelanın cəsədi Şərqi Keypdəki doğma kəndi Qunuya gətirilib.

Aparteidə qarşı mübarizə aparmış liderin cəsədini Mtatada hava limanından kəndədək təhlükəsizlik konvoyu ilə yanaşı çoxsaylı insan müşayiət edib.

Cənubi Afrika Respublikasında olan Amerikanın Səsinin əməkdaşı Scot Bobb da cəsədi müşayiət edənlər arasında olub. O bildirir ki, sabah keçiriləcək dəfn mərasimi üçün Qunu kəndində boyük çadır qurulub. Belə görünür cənab Mandelanın torpağa tapşırılması mərasimi yalnız ailə üzvlərinin və bəzi qonaqların iştirakı ilə keçiriləcək.
XS
SM
MD
LG