Accessibility links

Bu gün Cənubi Afrika Respublikasının Qunu kəndində insanlar tarixi liderləri ilə son dəfə vidalaşıb.

Kiçik kənddə Həzin musiqi və mərhum prezident Nelson Mandela barədə çıxışlarla müşayiət olunan dəəfn mərasiminə 4500 nəfərə yaxın dost, ailə üzvü və rəsmilər qatılıb.

Bundan sonra dəfnə yalnız müəyyən sayda insanın getməsinə icazə verilib. 21 atəş səsi sonra havada hərbi vertolyot və təyyarələrin uçuşu ilə cənab Mandelanın cəsədi qəbrə endirilib.

Bununla da Cənubi Afrikanın Respublikasının ilk qaradərili prezidenti və apartheid rejimininə qarşıla mübarizə aparmış əsas liderlərdən olmuş Nelson Mandelanın 10 gün davam edən anım mərasimlərinə son qoyulub.
XS
SM
MD
LG