Accessibility links

Nelson Mandela hospitaldan evə buraxılıb


Cənubi Afrika Respublikasının Prezident İdarəsi bildirib ki, ölkənin sabiq prezidenti Nelson Mandela hospitaldan evə buraxılıb.

Dünən belə bir xəbər yayılsa da, məlumat təkzib olunmuşdu.

Ceykob Zumanın idarəsinin açıqladığı bəyanatda deyilir ki, cənab Mandela dünən Pretoriya xəstəxanasından çıxıb və bundan sonra o, müalicəsini Yohannesburqdakı evində davam etdirəcək.

Nelson Mandela xəstəxanaya iyunun 8-i ağ ciyər infeksiyası ilə çatdırılmışdı.

Bəyanatda deyilir ki, 95 yaşlı cənab Mandelanın vəziyyəti kritikdir və hər an pisləşə bilir. Ancaq onun evi intensiv müalicəyə imkan verən vəziyyətə gətirilib.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG