Accessibility links

Cənubi Afrika Respublikasının sabiq prezidenti Nelson Mandelanın ağ ciyər infeksiyasının yenilənməsi səbəbilə xəstəxanada müalicə olunmasının iki ayı tamam olub.

Hökumət rəsmiləri 95 yaşlı liderin vəziyyətinin nisbətən yaxşılaşdığını, lakin ümumilikdə vəziyyətinin ağır olaraq qaldığını deyib.

Pretoriya xəstəxanasının önündə dini liderlər cənab Mandelanın səhhətinin yaxşılaşması üçün dualar edib.

Cənab Mandela ölkənin aparteiddən demokratiyaya keçidinə verdiyi tövhələrə görə tanınır. O, 30 il həbsdə olduqdan sonra, 1994-cü ildə Cənubi Afrika Respublikasında ilk qaradərili prezident olub.
XS
SM
MD
LG