Accessibility links

Bu gün iyul ayının 18-i Nelson Mandela günüdür. 2009-cu ilin noyabr ayında BMT Cənubi Afrika Respublikasının sabiq prezidenti Mandelanın doğulduğu bu günü Mandela günü elan edib.

O vaxtdan bəri milyonlarla insan 67 dəqiqəlik könüllü işlərə qoşulub. Bu, Mandelanın bərabərlik uğrunda 67 illik mübarizəsinin rəmzidir.

Cənubi Afrika prezidenti Ceykob Zuma ölkə vətəndaşlarını iməcilik keçirməklə Mandelanın xatirəsinin anılmasına çağırıb. O deyib ki, bərabər çalışmaqla ölkəmizi gözəlləşdirmək Mandelanın arzusu olub.

BMT-nin baş katibi Ban Gi Mun Mandela gününü “hərəkətə çağırış” adlandırıb. O deyib ki, hər kəs öz icmasının problemlərinə diqqət yetirməklə bu günü qeyd edir.

Nelson Mandela Cənubi Afrikanın apartheid rejiminə qarşı mübarizəsinə görə ömrünün 27 ilini dəmir barmaqlıqlar arxasında keçirib. O, 1990-cı ildə Cənubi Afrikanın demokratik yolla seçilən ilk qaradərili prezidenti olub.

XS
SM
MD
LG