Accessibility links

Nelson Mandelanın vəsiyyətinin icraçıları deyir ki, o, 4.1 milyon dollarlıq mirası qalıb və bu pul müxtəlif məbləğlərlə Cənubi Afrikanın hakim partiyası, onun getdiyi məktəblər, idarə heyəti üzvləri və ailəsinə veriləcək.

Cənab Mandelanın ailəsi vəsiyyəti oxuyandan sonra icraçılardan biri? Cənubi Afrikanın ədliyyə nazirinin müavini Dikqanq Moseneke Yohannesburqda vəsiyyətin mətnini jurnalistlərə xulasə edib.

Pulun böyük hissəsi onun övladları, nəvələri və digər qohumlarına hesablarına qoyulacaq.

Təxminən 4500 dollar idarə heyətinin üzvlərinə, 9000 dollar isə onun getdiyi hər bir məktəbə veriləcək.

Xatırladaq ki, Aparteidə qarşı mübarizənin simvoluna çevrilmiş Cənubi Afrikanın prezidenti uzun sürən xəstəlikdən sonra 2013-cü il dekabrın 5-i 95 yaşında vəfat edib.
XS
SM
MD
LG