Accessibility links

Nemət Əliyev: Bankların problemli kreditləri sürətlə artmaqdadır


Nemət Əliyev
Nemət Əliyev

Bu il iyunun 1-nə Azərbaycanda əhalinin banklardakı əmanətləri 20 faizdən çox azalaraq 7 milyard 565,9 milyon manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankı xəbər verir ki, bu ilin mayında banklarda əhalinin əmanətləri 119,1 milyon manat, aprelində isə 203,9 milyon manat azalıb.2016-cı il yanvarın 1-də əhalinin banklarda 9 milyard 473,9 milyon manat əmanəti var idi. Ötən 5 ayda əmanətlər ümumilikdə 1 milyard 908 milyon manat azalıb.

Bundan başqa, bankların problemli kreditləri də sürətlə artmaqdadır. Mərkəzi Bank problemli kreditlərin həcminin 7 faiz olduğunu desə də, ekspertlər real rəqəmin daha yuxarı olduğunu düşünür.

İqtisadçı Nemət Əliyev hesab edir ki, ölkənin bank sistemindən iki milyarda yaxın maliyyə vəsaitinin geri çəkilməsi ciddi hadisədir.

N.Əliyevin sözlərinə görə, əgər maliyyə təşkillatlarının depozitlərinin dinamikasına diqqət yetirilsə, fevral, mart, aprel və may aylarında onların maliyyələrinin həcmində də bir milyard azalma görünür.

“Əhali öz əmanətlərini ölkənin bank sektorundan geri çəkir. Bu, həm əhalinin, həm də investorların bank sisteminə olan etimadsızlığını göstərir. Eyni zamanda, bu, ölkədəki iqtisadi şəraitə inamsızlığa işarə edir. Əslində, belə bir vəziyyətin yaranması bank sektorunu məhv edir. Bankların kredit şəkilində ölkə iqtisadiyyatına yönəltməli olduğu maliyyə sürətlə azalır. Ilin əvvəlindən ötən beş ay müddətində iqtisadiyyata kredit qoyuluşunda azalma müşahidə olunur. Əgər, aprelin sonuna olan məlumata görə, təxminən 18 milyarddan çox kredit qoyuluşu var idisə, bu gün həmin rəqəm 17 milyarda düşüb. 2015-ci ilin yanvarın sonuna ölkə iqtisadiyyatına qoyulan kreditlərin həcmi 23 milyard olub. Bugünkü, kreditlərin həcmini xarici valyutaya çevirib hesablasaq, məlum olacaq ki, həmin kredit qoyuluşlarının həcmi təxmini 12 milyarda düşüb. Bu hesabla baxanda məlum olur ki, kredit qoyluşunda 11 milyard azalma var. Ölkə iqtisadiyyatına iki dəfə artıq kredit qoyuluşu azalıb. Həm kredit qoyluşunun həcmi aşağı düşməkdədir, həm də ötən bir il müddətində dövriyyədə olan kredit vəsaitlərinin alıcılıq qabiliyyəti kəskin şəkildə aşağı düşüb. Ona görə həm sahibkarların, həm də ev təsərrüfatlarının problemlərini həll etmək imkanları kiçilib. Odur ki, bir tərəfdən depozitlərin aşağı düşməsi, o biri tərəfdən kreditləşmənin azalması vəziyyəti qəlizləşdirib”, ekspert hesab edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG