Accessibility links

Nemət Əliyev: Rusiya batan gəmiyə oxşayır [Audio-Müsahibə]


Nemət Əliyev

Nemət Əliyev

Müsahibədən çıxarışlar:

“Azərbaycanın xarici ticarət əlaqələrində geriləmə müşahidə olunur. Xüsusilə də Rusiyada baş verən hadisələr fonunda diqqəti daha çox cəlb edir. Xarici ticarət dövriyyəsində Azərbaycanın itkiləri 3 milyard dollarla ölçülür.”

“2013-cü ilin 11 ayı ərzində Azərbaycandan Rusiyaya ixracın həcmi 1 milyard dollardan artıq olmuşdusa, hazırda bu göstərici 600 milyon dollara qədər azalıb. İdxalda da 15-16 faiz geriləmə var.”

“Rusiyada yaşayan soydaşlarımızın Azərbaycandakı ailələrinə göstərdiyi maddi yardımda da geriləmə var. Azərbaycana axan valyuta ehtiyatları kəskin şəkildə azalıb.”

“Neft qiymətlərinin azalması ilə də Azərbaycana dollar axını əhəmiyyətli dərəcədə aşağı düşüb. Manatın məzənnəsini qoruyub-saxlamaq doğrudan da çətindir. Ötən ilin son iki ayı ərzində manatın sabitliyini qorumaq üçün Mərkəzi Bank 1.3 milyard dollar intervensiya etməyə məcbur olub. Sonrakı dövrdə proses o dərəcədə sürət alıb ki, bu ilin yanvar ayı ərzində intervensiya vəsaitlərinin həcmi əlavə olaraq 1.1 milyad dollara çatdırılıb.”

“Son dövrlər Azərbaycanın dövlət başçısının avronun dəyərinin düşməsi fonunda manatın dəyərinin avroya bərabər tutulması ilə bağlı bəyanatı manatın dəyərdən düşməsi istiqamətində psixoloji faktorları daha da fəallaşdırıb.”

“Azərbaycan Dövlət Neft Fondunda aktivlərin qiyməti 37.1 milyard dollar düşüb. Rusiya ilə bağlı tərəfinə gəldikdə isə Azərbaycan Qazprombanka 100 milyon dollar vəsait yerləşdirib.133 milyon dollar daşınmaz əmlaka yatırılıb. Rusiyada qiymətli kağızların, rus rublunun dəyər itirməsi ilə Azərbaycanın yatırımları 250-270 milyon dollar itirib. Təxminən 350 milyon dollarlıq gəlir götürülməli idi. Azərbaycan bu gəlirlərdən də məhrum olub.”

“ Rusiya hadisələrindən birbaşa və ya dolayı təsirlərindən xeyli dərəcədə ziyan görən Azərbaycan götür-qoy etməlidir. Azərbaycanın dövlət başçısının Rusiya ətrafında hansı proseslərin getməsindən asılı olmayaraq, bazarların Azərbaycan investisiyaları üçün cəlbedici olmasına dair bəyanatı zərərli bəyanatdır. Ölkənin iqtisadi maraqlarını qorumaq Azərbaycan hökumətinin birinci dərəcəli vəzifəsi olmalıdır.”

“Rusiya batan gəmiyə oxşayır. Azərbaycan bir kiçik dövlət kimi özünü baş verənlərin fonunda qoruyub-saxlamalıdır. Bu da Azərbaycan hökuməti, Azərbaycanın siyasi dairlərinin borcudur.“

XS
SM
MD
LG