Accessibility links

Milli Dövlətçilik Partiyasının həbsdə ola lideri Nemət Pənahlının həyat yoldaşının Amerikanın Səsinə müsahibəsi

Milli Dövlətçilik Partiyasının həbsdə olan sədri Nemət Pənahlının səhhəti qəflətən pisləşib. Martyn 5-də Pənahlı Ədliyyə Nazirliyinin müalicə müəssisəsinə köçürülüb.

Nemət Pənahlı

Nemət Pənahlı

Azərbaycan Milli Azadlıq Hərəkatının liderlərindən biri, Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı 2011-ci il yanvarın 8-də tutulub. O, xuliqanlıq və qəsdən sağlamlığa ağır zərər vurma ittihamı ilə 6 il müddətinə azadlıqdan məhrum edilib.

Nemət Pənahlı Qobustan qapalı həbsxanasında saxlanılır. O, 2103-cü ilin yayında 17 saylı Cəzaçəkmə Müəssisəsi rəisinin təqdimatı əsasında Qobustan qapalı həbsxanasına köçürülüb. Nemət Pənahlının qapalı həbsxnaya köçürülməsi həbs yerlərindəki saxlanma durumunu tənqid etməsindən və rəsmi şəxslərə qarşı tənqidi bəyanatlar verməsindən sonraya təsadüf edir.

Partiya liderinin həyat yoldaşı Həcər Pənahlı Amerikanın Səsinə müsahibəsində bildirib ki, həyat yoldaşı Nemət Pənahlı şəkər xəatəliyindən əziyyət çəkir.

“Nemət həbs olunandan sonra şəkər xəstəliyi tapdı. Nemətin hazırda şəkər xəstəliyi və böyrəyi ilə bağlı ciddi narahatçılığı var. Onun hospitala köçürüləcəyini bilmirdik. Ona görə də çox narahat olduq. Özü zəng edib, mənə məlumat verdi. Hospitala köçürülməsinin səbəbi ilə bağlı hələ ki, heç nə demirlər. Müayinədən sonra nəsə deyəcəklər. Saxlanıldığı həbsxana ilə bağlı Nemətin elə bir şikayəti olmadı. Şənbə-bazar günlərinə düşdüyünə görə Nemət hələ müayinə olunmayıb. Martın 5-də onunla görüşdüm. Dedi ki, Qobustandakı cəzasının uzadılmasına əsas kimi apellyasiya qərarının iyun ayında verilməsi göstərilib. Açığı Nemətin təzədən 18 saylı cəzaçəkmə müəssisəsinə qaytarılacağına inanmıram. Fakt budur ki, Neməti Qobustanda saxladılar”, o qeyd edib.

Həcər Pənahlı həyat yoldaşının hətta ata və anasının dəfnində iştirak etməsinə belə imkan verilmədyini bildirib.

Nemət Pənahlını susdurmaq qanunsuzluq edən insanlara həmişə sərf edib. Onun haqqında hətta prezidentə də yanlış məlumatlar göndərilib. Biz bunları son dövrlər faktlarla aydınlaşdırmışıq.

Həcər Pənahlı

“Bunun səbəbi Nemətin haqsızlığa qarşı olmasıdır. İstər həbsxana olsun, istər azadlıq olsun Nemət haqsızlığa qarşısdır. Bilirlər ki, Nemət heç zaman haqsızlığa susmayacaq. Bir də illərdir ölkədə qanunsuzluqlar edilir. Bunlar indi ölkə başçısına məlum olur. İndi bunlar işdən azad edilir, həbs edilir. Ölkə başçısına indi məlum olur ki, illərdir qanunları pozurlar Bu kimi təzyiqlərin altında Nemət Pənahlı da olub. Ayrı-ayrı adamlara sərf etməyib ki, Nemət Pənahlı həqiqətləri mediada açıqlasın, hansısa vasitələrlə çatdırsın. Ona görə də Nemət Pənahlını susdurmaq qanunsuzluq edən insanlara həmişə sərf edib. Onun haqqında hətta prezidentə də yanlış məlumatlar göndərilib. Biz bunları son dövrlər faktlarla aydınlaşdırmışıq. Hətta Nemət Pənahlının atasının hüzrünə gələcəyi təqdirdə ölkənin “altını-üstünə” çevirəcəyi barədə məlumatlar çatdırılıb. Bunlar hamısı səbəblərdir. Ancaq mənim nəzərimdə başlıca səbəb Nemət Pənahlının haqsızlığa susmamasıdır. Ona görə də onu daha dərinə qapatmaq lazımdır ki, səsi gəlməsin”, Həcər Pənahlı həyat yoldaşının həbsinin səbəbindən danışarkən bildirib.

Show comments

XS
SM
MD
LG