Accessibility links

Nemət Pənahlı atasının yas mərasiminə buraxılmayıb


Nemət Pənahlı atasının yas mərasiminə buraxılmayıb

Nemət Pənahlı atasının yas mərasiminə buraxılmayıb

Onun evinin işığını da kəsiblər

Məhbus siyasətçi Nemət Pənahlının həyat yoldaşı Həcər Pənahlı “Media forum” saytına Nemət Pənahlının atasının yas mərasiminə buraxılmamasından narazılığını ifadə edib.
Nemət Pənahlının atası Əhəd Pənahlı yanvarın 13-də 82 yaşında vəfat edib. Nemət Pənahlının müvəqqəti azadlığa buraxılması üçün dövlət və hökumət rəsmilərinə, o cümlədən prezidentə müraciətlər nəticə verməyib.
Həcər Pənahlı yanvarın 16-da “Media forum”a deyib: “Qayınatam vəfat edəndə Penitensiar Xidmətlə əlaqə saxladım. Bildirdilər ki, rəis Mədət Quliyevə məruzə etmək üçün vaxtları yoxdur. Sonra biz etibarlı mənbəmizdən öyrəndik ki, Mədət Quliyevə məruzə eləyiblər. Mədət Quliyev də yuxarılara məruzə edib, ona yox cavabı veriblər. Yəni Nemətin müvəqqəti azadlığa buraxılmasına razılaşmayıblar”.
Həcər Pənahlı daha sonra bildirib: “On beş gündür evimizin işığını kəsiblər. Adını da qoyublar Nemət Pənahlının 2005-ci ildən min yüz manat borcu var. Müraciət etmədiyim yer qalmayıb. Əgər Nemətin 2005-ci ildən bu qədər borcu vardısa, niyə işığını kəsib borcu ödətməyiblər? Neməti həbs etdirəndən sonra həyat yoldaşına ödətmək istəyirlər. Mən altı uşağa baxıram, bu pulu haradan alıb ödəyim ki, işığımızı yandırsınlar?
Qayınatam xəstə idi. Nemətin həbsinə görə ürəyində çox böyük problemlər əmələ gəlmişdi. Həkim tapşırmışdı ki, ona çox həyəcanlanmaq, əsəbiləşmək olmaz. Nemətin həbsinə dözmürdü. Bir tərəfdən də işıqları söndürdülər. Soyuqdan ciyərləri xəstələndi. Hər gün deyirdi ki, necə namərd hökumətdir, nəvələrim bu qaranlıqda, soyuqda necə dərs oxusunlar. Bütün bunlara ürəyi dözmədi. Sonda da infarkt keçirdi”.
Xalq hərəkatının liderlərindən olmuş Nemət Pənahlı 2011-ci il yanvarın 8-də tutulub, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq və qəsdən sağlamlığa az ağır zərər vurmada ittiham edilib və 6 il müddətinə azadlıqdan məhrum olunub. Nemət Pənahlı ötən ilin dekabrından Bakıdakı 17 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir.

XS
SM
MD
LG