Accessibility links

Rusiya rəsmiləri Şimali Qafqaz bölgəsindən iki şəxsə qarşı müxalifət lideri Boris Nemtsovu qətlə yetirmək ittihamları irəli sürüb. Fefralın 27-də Kreml yaxınlığında baş vermiş qətllə əlaqədar sorğu-sual edilmək üçün daha üç şəxs saxlanılıb.

Rəsmilər prezident Vladimir Putinin ən kəskin opponenetlərindən biri olan Boris Nemtosvun qətli ilə əlaqədar istintaqı davam etdirdiyi vaxt beş nəfər bu gün Moskvada məhkəmə qarşısına çıxarılıb. Boris Nemtsov qız dostu ilə Kreml yaxınlığındakı körpüdən keçən zaman ona beş dəfə atəş açılımışdı.

Dövlət xəbər agentlikləri 55 yaşlı Nemtosvun qətlində şübhəli qismində saxlanılanların Çeçenistan polisinin komandir müavini Zaur Dadayev və Moskvada özəl təhlükəsizlik şirkətində çalışan Anzor Qubaşev olduğu haqda məlumat verib.

Zaur Dadayevin anası Aiyami Dadayeva İnterfaks xəbər agentliyinə oğlunun cinayət törədə biləcəyinə inanmadığını deyib. O, oğlunun son 10 ildə Çeçenistanın hüquq-mühafizə orqanlarında çalışdığını bildirib.

Qətllə əlaqədar beş nəfərin saxlanmasına baxmayaraq, qətlin motivləri ilə bağlı informasiya verilməyib. Boris Nemtsovun tərəfdarları onun ölümünün tənqidçiləri susdurmaq məqsədilə Rusiya hökumətinin yüksək səviyyələrində sifariş edildiyini bildirir.

Rusiya prezidenti Vladimir Putin qətli təxribat adlandıraraq, onun hökumətinin məsuliyyət daşıyanların cəzalandırılması üçün əlindən gələni edəcəyini deyib.

XS
SM
MD
LG