Accessibility links

Bu gün insanlar keçən həftə Kremlin yaxınlığında qətlə yetirilən müxalifət lideri və Moskvanın sərt tənqidçisi Boris Nemtsova ehtiramlarını bildirmək üçün bir araya gəlib.

Əllərində qırmızı güllər olan ailə üzvləri və dostları 55 yaşlı Nemtsovun üzü açıq cəsədinin qoyulduğu Andrey Saxarov adına mərkəzdə toplaşıb.

Mərasimdə iştirak edən Rusiya nümayəndələri arasında ölkənin baş nazir müavini Arkadiy Dvorkoviç də olub. Mərasimdə Birləşmiş Ştatların Rusiyadakı səfiri Con Tefft və Britaniyanın sabiq baş naziri Con Meyor da iştirak edib.

"O, qanunun aliliyi uğrunda, söz azadlığı uğrunda, bir sözlə azadlıq uğrunda mübarizə aparırdı. Ən əsası isə o, aqressiya və korrupsiyaya qarşı mübarizə aparırdı", - deyə Con Meyer bildirib.

Nemtsov Moskvanın Troyekurocskoye qəbiristanlığında torpağa tapşırılıb.

XS
SM
MD
LG