Accessibility links

Boris Nemtsovun qatili tapılacaqmı? [Video]


Boris Nemtsovun qatili tapılacaqmı?
please wait

No media source currently available

0:00 0:03:24 0:00

Rusiya müxalifətinin qətlə yetirilən lideri Boris Nemtsov prezident Vladimir Putinin hakimiyyəti altındakı Rusiyada əməllərinə görə öldürülənlərin siyahısını artırıb.

Boris Nemtsovla vidalaşmağa gələnlər uzun növbə yaradıb. Saxarov İctimai Mərkəzinə toplaşanlar arasında həm xaricilər, həm də yerli ruslar olub.

Rusiyanın sabiq baş naziri Mixail Kasyanov Putin əleyhinə danışan Nemstsovu cəsarətli insan adlandırıb. “Boris Rusiyada baş verənlərə, hazırkı hökumətin konstitusiyanı dəyişməsi, rus xalqının hüquqlarını əlindən almasına biganə qala bilməzdi. Biz buna qarşı mübarizə aparırdıq."

Digər siyasi motivli sui-qəsdlər kimi bu dəfə də kimin Nemstsovun qətlinin arxasında durduğunun aşkar ediləcəyinə çox az adam inanır.

2006-cı ildə öldürülən Putinin tənqidçisi olan jurnalist Anna Politkovskayanın qatili hələ də ələ keçirilməyib.

Politkovskayanın çalışdığı "Novaya Qazeta"nın redaktoru Sergei Sokolov Putinin hakimiyyəti dövründə 5 müxbiri və bir vəkilinin öldürüldüyünü deyir. “Hazırkı rejimin tənqidçilərinə qarşı toleransızlığı hədsiz dərəcədə yüksəkdir. Bu gün heç kimin təhlükəsizliyi qarantiya altına alına bilməz.”

Nemtsovun tərəfdarları Kremli milli isteriya və niftər dolu konspirasiyaya görə tənqid edir. Onlar bu nifrətin Qərbə və Putin əleyhinə olan hər bir vətəndaşa yönəldiyini deyir.

Sokolovun dedidiynə görə, Rusiyanın baş müstəntiqi 2012-ci ildə ölüm təhdidləri ilə üzləşmişdi.

Sokolov bir çox jurnalistin vəhşicəsinə döyüldüyünü desə də, Nemtsovun ölümü ilə bağlı həqiqətlərin üzə çıxarılmasının mümkünlüyünə inandığını deyir. "Əgər iş istitanaq apardığını göstərən deyil, istintaqı həqiqətən də aparanların əlində olsa, hücumun arxasında kimin durduğunu aşkar etmək mümkün olacaq."

Digər müxalifət liderləri kimi Nemtsovun da kəşfiyyat xidməti tərəfindən izləndiyinə inanılır. Belə ki, o, Kremldən bir neçə metrlik məsafədə, təhlükəsizliyin qorunduğu bir ərazidə öldürülüb.

Rusiyanın Kəşfiyyat Komitəsinin rəhbəri Vladimir Markin Nemstsovun qatilinin ələ keçirilməsi üçün bütün ölçülərə əl atılacağına vəd verib. "İstintaq artıq aparılır. Şahidlər dindirilir, təhlükəsizlik kameraları yoxlanılır və bəzi sübut materialları əldə edilib."

Nemtsovun dəfn mərasiminə toplaşanlar “Rusiya azad olacaq” kimi şüarlar səsləndirib. Boris Nemtsovun tərəfdarları onun inam mübarizi olduğunu deyir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG