Accessibility links

Prokuror məhkəməni Boris Nemtsovun qətlində ittiham olunanları təqsirli tanımağa çağırıb


Kremlin tənqidçisi Boris Nemtsovun 2015-ci ildə Moskvada qətlə yetirilməsində ittiham olunan beş nəfərin məhkəmə prosesində prokuror münsiflər məhkəməsini onları təqsirli tanımağa çağırıb.

Məhkəmə prosesini tamamlayan Maria Semenenko ittiham olunanların təqsirli olduqlarının müzakirə mövzusu olmadığın deyib.

Müdafiə tərəfi bildirib ki, bu qətlin motivini heç kim izah edə bilməz.

Nemtsov 2015-ci ilin fevralında Kremlin yaxınlığında güllələnərək öldürülmüşdü. O, tanınmış müxalifət lideri və Rusiyanın Ukraynanın şərqində üsyançıları dəstəkləməsinin qatı tənqidçisi idi.

Hadisə ilə əlaqədar Çeçenistan və İnquşetiyadan beş şübhəli həbs edilib. Onlardan biri hadisədə əli olduğunu etiraf edib lakin sonra ifadəsini inkar edərək, işkəncə nəticəsində cinayətdə əli olduğunu dediyini bildirib.

Çeçenistanın sabiq təhlükəsizlik rəsmisi Ruslan Muxudinov Nemtsovu qətlə yetirmək üçün şübhəlilərə pul verməkdə təqsirləndirilir. O indi azadlıqdadır.

XS
SM
MD
LG