Accessibility links

Nensi Reyqan zərif, lakin güclü iradəyə malik qadın idi [Video]


Nensi Reyqan - Zərif, lakin güclü iradəyə malik qadın
please wait

No media source currently available

0:00 0:02:20 0:00

Birləşmiş Ştatların iki dönəm sabiq prezidenti Ronald Reyqanın həyat yoldaşı Nensi Reyqan bazar günü 94 yaşında dünyasını dəyişib. Ronald Reyqan Kitabxanası xanım Reyqanın ölümünə ürək çatışmazlığının səbəb olduğunu bildirib.

Birləşmiş Ştatlar tarixində Nensi Reyqan birinci xanımlar arasında ən nüfuzlu xanımlardan biri kimi tanınır. Onun həyat yoldaşı, 1981-ci ildən 1989-cu ilədək ABŞ prezidenti olan respublikaçı Ronald Reyqan 2004-cü ildə Altsaymer xəstəliyi səbəbindən vəfat edib.

Ronald Reyqanla Nensi Hollivudda, hər ikisi aktyor olduqları vaxt tanış olub və 1952-ci ildə evləniblər. Nensi aktyorluq sənətindən həyat yoldaşı və ana olmaq üçün vaz keçib.

Bundan sonra 1967-ci ildə həyat yoldaşı Kaliforniya qubernatoru olanda Nensi Reyqanın rolu dəyişir. Artıq Kaliforniyanın birinci xanımı olan Nensi “Foster Grandparents” proqramında işləməyə başlayır. Birləşmiş Ştatların birinci xanımı olanda isə o, Amerikada gənclər arasında narkotik maddələrə aludəçiliyə qarşı mübarizə aparmaq məqsədilə “Sadəcə yox de!” kampaniyasına başlayır. “Kimsə sizə narkotik maddə təklif edəndə sizin deyəcəyiniz bu olmalıdır”, deyərdi xanım Reyqan.

Lakin həyat yoldaşı sözün əsl mənasında Nensi üçün birinci sırada idi. Ronald Reyqan Altsaymer xəstəliyinə tutulandan sonra Nensi xəstəliyin müalicəsi yolunda tədqiqatları dəstəkləməyə başlayıb.

Sakit danışıq tərzi, zövqü və zərifliyinə baxmayaraq, çoxları onun güclü iradəyə malik, həyat yoldaşına böyük təsiri olduğunu deyirdi. Onların hər ikisi “biz bacardığımız hər şeyi edirik” deyərdi.

Prezident Reyqana sui-qəsd cəhdindən sonra, Nensi ərinin iş cədvəlini qurmaq üçün şəxsi astroloq belə tutmuşdu.

Nensi Reyqan həyatının son illərini Los-Ancelesdəki evində xəstə ərinə qulluq etməyə, həyat yoldaşı vəfat etdikdən sonra isə onun həyatının tərənnümünə həsr etmişdi.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG