Accessibility links

“Neon Trees” qrupu “Everybody Talks” mahnısı ilə böyük uğur qazanıb


Yuta ştatının Provo şəhərindən olan “Neon Trees” qrupu özünün “Habits” – “Vərdiş” CD-si ilə 2010-cu ildə məşhurlaşdı. İki il sonra isə “Picture Show”-da “Everybody Talks” mahnısı uğur qazandı.

"Neon Trees" – Neon Ağacları qrupu musiqilərini enerjili pop-rok adlandırır. Son iki ildə qrupun hər iki albomu Billboard-un Top 20-liyinə daxil olub. Qrupun ən son albomu “Picture Show”-dur. Qrupun üzvü Tayler Qlen yeni layihələrindən danışır. “Biz bina qorxmadan getdik, çünki o qədər sevdiyim başqa qruplar ikinci albom yaradıblar, amma hiss olunur ki, üzərində lazım olduğundan çox düşünblər. Mən öz layihəmizdən xeyli məmnunam. Biz az yetkindir, amma hələ də əyləncəlidir.” -deyə, o bildirir.

Tayler Qlen əvvəllər qrupda müğənni olmaq fikrində olmadığını deyir. “Mən jurnalist olmaq istəyirdim. Mən sənət haqda yazmağı sevərdim. Bunu üçün ayrı-ayrı qruplarda çalmağa başladım və mən özü canlı hiss etdim.”

Bu qrup əslində digər populyar qrupun üzvü tərəfindən kəşf edilib. Tayler Qlen: ”The Killer” qrupunun zərbçisi Ronni Vannuççi bizim bir neçə konsertimizdə oldu və xoşuna gəldi. Biz o zaman Las-Veqasda cəmi 10-15 adam üçün ifa edirdik. Böyük auditoriyaya çıxmaq çətin idi və biz konsertlərimizi öz bölgəmizdə satırdıq.
Onlar isə bizə daha böyük konsertlər verməyə imkan yaratdılar.”

“Neon Trees” – “Neon Ağacları” adını isə qrup Los-Ancelesdə fast food restoranında verdikləri konsert zamanı yandırdıqları rəngli işıqlardan sonra verib. Tayler bu adın xüsusi məna kəsb etdiyini deyir. “Bas gitaraçı Brendon bizim qrupa qoşulanda bizdən belə bir adın haradan gəldiyini soruşdu. Mən ona atamın Las-Veqasdakı YESCO işıq şirkətində işlədiyini və 1980-ci illərdə neon lampalarının yaradıcılarından olduğunu və illərdir bu işıqları düzəltdiyini dedim.”

Neon Trees qrupu “Picture Show” CD-ni təbliğ etmək üçün turneyə çıxıb.
XS
SM
MD
LG