Accessibility links

Nepal Maoçularının lideri ölkədə genişmiqyaslı tətillərə çağırır


Nepal Maoçularının lideri ölkədə genişmiqyaslı tətillərə çağırır
Nepal Maoçularının lideri ölkədə genişmiqyaslı tətillərə çağırır

Ölkənin hazırkı baş naziri Madhav Kumar Nepal vəzifəsindən istefa verməyəcəyini deyib

Nepal Maoçuları Katmandu hökumətini hakimiyyətdən sala biləcək genişmiqyaslı tətillərə çağırır. Maoçuların lideri, sabiq baş nazir Puşpa Kamal Dahal bu gün paytaxtda on minlərlə tərəfdaşına müraciət edərək deyib ki, hökumət artıq onlara seçim qoymayıb. Praçanda adı ilə də tanınan sabiq baş nazir bu müraciətini ölkənin hazırkı baş naziri Madhav Kumar Nepalın televiziya ilə çıxışı zamanı vəzifəsindən istefa verməyəcəyini bildirməsindən sonra edib.

XS
SM
MD
LG