Accessibility links

Beynəlxalq xilasetmə dəstələri Nepala çatmağa başlayıb


3700-dən artıq insanın ölümü, minlərlə adamın yaralanmasına səbəb olan güclü zəlzələdən sonra beynəlxalq xilasetmə dəstələri Nepala çatmağa başlayıb.

Yaponiyanın 70 nəfərdən ibarət komandası ilə birgə təyyarədə olan Amerikanın Səsinin müxbiri Stiv Herman bildirib ki, Katmanduya çoxsaylı təyyarə uçuşu hava limanına eniş təxacları yaradıb. Buna görə təyyarə yanacaq doldurmaq üçün marşrutunu dəyişməli olub.

Katmandu xəstəxanaları yaralılarla doludur. Şəhər sakinləri daha bir zəlzələ qorxusu ilə gecələri küçələrdə keçirir.

Ucqar bölgələrdə kommunikasiya xətləri kəsilib.Ölən və yaralananların sayının artacağı ehtimal edilir.

Rixter şkalası ilə 7.8 bal gücündə zəlzələ yerli vaxtla günorta saat 12 radələrində paytaxt Katmandudan 80 kilometr şimal-qərbdə baş verib.

30 milyon əhalisi olan Nepalın 75 vilayəti zəlzələnin təsirinə məruz qalıb.

UNICEF bir milyon uşağın təcili yardıma ehtiyacı olduğunu bildirir.

Dünyanın ən yüksək zirvəsi Everestdə 18 alpinist həlak olub, bir neçə nəfər yaralanıb.

Banqladeş, Butan və Çin-Nepal sərhədləri regionunda tələfat qeydə alınıb.

ABŞ və digər ölkələrin yardım və axtarış dəstələri səfərbər edilib. Amerika fəlakətdən sonra yardım məqsədi ilə 1 milyon dollar məbləğində vəsait ayırıb.

Hindistan 3 tonluq yardım və 40 nəfərlik qüvvəsini Nepala göndərib.

Çin, Almaniya, Kanada və İsrail Nepala kömək göndərən ölkələr arasındadır.

Şənbə günü baş verən zəlzələ Nepalda son 81 ildə ən güclü zəlzələ hesab edilir. 1934-cü ildə o ölkədə zəlzələ 10 min insan həyatına son qoyub.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG