Accessibility links

Nepalda yenidən zəlzələ baş verib [Fotoqalereya]


Nepalda üç həftə bundan əvvəl güclü zəlzələdən sonra bu gün yenidən zəlzələ baş verib.

Verilən məlumatlara görə, 41 nəfər həyatını itirib. Daxili işlər nazirliyi 110 nəfərin zəlzələ nəticəsində yaralandığını bildirib.

ABŞ-ın Geoloji Sorğu təşkilatı 7,3 bal gücündə zəlzələnin episentrinin paytaxt Katmandudan 80 km. uzaqlıqda yerləşdiyini bildirib.

Bir saat ərzində ərazidə 6,3 baş gücündə altı yer titrəyişi baş verib.

Aprelin 25-də baş verən 7,8 gücündə zəlzələnin episentri mərkəzdən təxminən 100 km. aralıda olub. Hadisə zamanı 8 min insanın həyatını itirdiyi, minlərlə sakinin evsiz qaldığı bildirilir.

Hökumət və yardım təşkilatları insanları qida, su və sığınacaq yerləri ilə təmikn etməyə davam edir. Yer titrəyişlərinin davam etməsilə yanaşı pis hava şəraiti təşkilatların əraziyə yardım çatdırmasını çətinləşdirir.

BMT keçən həftə bildirib ki, zəlzələdən sonra bərpa üçün lazım olan 415 miliyon dollardan yalnız 22 miliyon dollar toplanıb.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG