Accessibility links

Zəlzələ nəticəsində ölənlərin sayı 5500-ə çatıb

Rəsmilər bildirib ki, şənbə günü Nepalda baş verən zəlzələdə ölənlərin sayı artıq 5500-ə çatıb. Xilasetmə dəstəsi dağıntılarda axtarışları davam etdirir, yardım işçiləri isə xilas olunanlara ləvazımat çatdırmağa çalışırlar.

Paytaxt Katmanduda xilasedicilər 7.8 bal gücündə zəlzələdən beş gün sonra dağılmış bir binanın altından yeniyetmə oğlan çıxarıblar.

Katmandunun yaxınlığındakı kəndlərdə yaşayış binaları dağılıb, mal-qaralar məhv olub.

BMT-nin humanitar yardım idarəsinin rəhbəri Valeri Amos bu gün Nepala üç günlük səfər edəcək.

XS
SM
MD
LG